https://sputnik.az/20221221/rusiya-lacin-dehlizinde-kommunikasiyanin-tezlikle-berpasina-umid-edir-449866499.html
Rusiya Laçın dəhlizində kommunikasiyanın tezliklə bərpasına ümid edir
Rusiya Laçın dəhlizində kommunikasiyanın tezliklə bərpasına ümid edir
Sputnik Azərbaycan
Onun sözlərinə görə, bu bəyanatı imzalayarkən tərəflər üzərinə ciddi şəkildə riayət edilməli olan müvafiq öhdəliklər götürüb. Orada qeyd olunub ki, mülki... 21.12.2022, Sputnik Azərbaycan
2022-12-21T11:55+0400
2022-12-21T11:55+0400
2022-12-21T12:13+0400
rusiya
bmt tş
bmt təhlükəsizlik şurası
iclas
https://cdnn1.img.sputnik.az/img/41789/16/417891651_0:107:3262:1942_1920x0_80_0_0_14a311d8256a3b27220d0026721e65b8.jpg
BAKI, 21 dekabr — Sputnik. Rusiya Laçın dəhlizində nəqliyyat əlaqələrinin tezliklə bərpasına ümid edir. Bunu Rusiya Federasiyasının təşkilatdakı nümayəndəsinin müavini Anna Yevstiqneyeva BMT Təhlükəsizlik Şurasının iclasında bildirib. "Laçın dəhlizi Qarabağ və Ermənistan arasında əlaqəni təmin edir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına əsasən, Laçın dəhlizi qarant olaraq qalan Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır", - Yevstiqneyeva bildirib. Onun sözlərinə görə, bu bəyanatı imzalayarkən tərəflər üzərinə ciddi şəkildə riayət edilməli olan müvafiq öhdəliklər götürüb. Orada qeyd olunub ki, mülki əhalinin həyatı üçün heç bir problemin yaranmaması vacibdir. "Biz yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqəsinin bərpasına ümid edirik", - deyə o vurğulayıb. Evstiqneyevanın sözlərinə görə, Moskva Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və gərginliyin dərəcəsini artıra biləcək addımlardan çəkinməyə, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatları çərçivəsində razılaşmalara əməl etməyə çağırır. "Biz əminik ki, bu bəyanatların müddəalarının tam yerinə yetirilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən sabit düsturdur. Dörd sənədin hamısı kompleks xarater daşıyır, möhkəm şəkildə bir-birinə bağlıdır və onların müddəaları bir-birindən irəli gəlir. Onların icrası Cənubi Qafqazda təkcə region dövlətlərinin deyil, həm də bütün qonşuların maraqlarına cavab verən davamlı sülhün formalaşması üçün şərait yaradacaq", - Yevstiqneyeva bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41789/16/417891651_266:0:2997:2048_1920x0_80_0_0_46ddad8fac3b673e6868356d13383927.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bmt tş, bmt təhlükəsizlik şurası, iclas
bmt tş, bmt təhlükəsizlik şurası, iclas
Rusiya Laçın dəhlizində kommunikasiyanın tezliklə bərpasına ümid edir
11:55 21.12.2022 (Yenilənib: 12:13 21.12.2022) Onun sözlərinə görə, bu bəyanatı imzalayarkən tərəflər üzərinə ciddi şəkildə riayət edilməli olan müvafiq öhdəliklər götürüb. Orada qeyd olunub ki, mülki əhalinin həyatı üçün heç bir problemin yaranmaması vacibdir.
BAKI, 21 dekabr — Sputnik. Rusiya Laçın dəhlizində nəqliyyat əlaqələrinin tezliklə bərpasına ümid edir. Bunu Rusiya Federasiyasının təşkilatdakı nümayəndəsinin müavini Anna Yevstiqneyeva BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Laçın dəhlizi Qarabağ və Ermənistan arasında əlaqəni təmin edir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına əsasən, Laçın dəhlizi qarant olaraq qalan Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır", - Yevstiqneyeva bildirib.
Onun sözlərinə görə, bu bəyanatı imzalayarkən tərəflər üzərinə ciddi şəkildə riayət edilməli olan müvafiq öhdəliklər götürüb. Orada qeyd olunub ki, mülki əhalinin həyatı üçün heç bir problemin yaranmaması vacibdir.
"Biz yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqəsinin bərpasına ümid edirik", - deyə o vurğulayıb.
Evstiqneyevanın sözlərinə görə, Moskva Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və gərginliyin dərəcəsini artıra biləcək addımlardan çəkinməyə, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatları çərçivəsində razılaşmalara əməl etməyə çağırır.
"Biz əminik ki, bu bəyanatların müddəalarının tam yerinə yetirilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən sabit düsturdur. Dörd sənədin hamısı kompleks xarater daşıyır, möhkəm şəkildə bir-birinə bağlıdır və onların müddəaları bir-birindən irəli gəlir. Onların icrası Cənubi Qafqazda təkcə region dövlətlərinin deyil, həm də bütün qonşuların maraqlarına cavab verən davamlı sülhün formalaşması üçün şərait yaradacaq", - Yevstiqneyeva bildirib.