Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Matviyenko: Qərb Rusiyadan karbohidrogen almaqdan imtina etməklə ciddi səhvə yol verdi

© Sputnik / Алексей МайшевRusiya Federasiya Şurasının sədri Valentina Matviyenko
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Spiker: "Biz hamımız yaxşı bilirik ki, əgər Vaşinqton Ukraynaya barmağını yelləyib, danışıqlar masasına əyləş desəydi, bu, dərhal yerinə yetirilərdi".
BAKI, 21 dekabr — Sputnik. Qərb Rusiyadan karbohidrogen almaqdan imtina edərək ciddi səhvə yol verib. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Kollektiv Qərb Rusiyanın karbohidrogenlərindən imtina etməklə etdiyi böyük səhvdən danışaq. Fəxrlə deyirlər ki, biz praktiki olaraq Rusiyadan asılılıqdan qurtula bilirik. Bu necə asılılıqdır? Yaxşı, siz Rusiya qazını və neftini almayacaqsınız, ancaq bahalaşmaya görə real asılılığa düşəcəksiniz", - Matviyenko 2022-ci ilin payız sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya karbohidrogenlərindən imtina edənlər hələ də vasitəçilər vasitəsilə Rusiya neftini və qazını daha baha alacaqlar.
ABŞ Rusiya ilə Ukrayna arasında danışıqların aparılmasını istəmir
O, həmçinin bildirib ki, ABŞ Moskva ilə Kiyev arasında danışıqları istəmir, əks halda danışıqlar dərhal başlayacaq.
"Biz hamımız yaxşı bilirik ki, əgər Vaşinqton Ukraynaya barmağını yelləyib, danışıqlar masasına əyləş desəydi, bu, dərhal yerinə yetirilərdi. Təəssüf ki, kollektiv Qərbin Rusiyanın inkişafını mümkün qədər zəiflətmək, onu cilovlamaq, hərbi gücümüzü zəiflətmək və Rusiya üzərində hansısa qələbə qazanmağa çalışma məqsədləri hələlik davam etməkdir", - Matviyenko bildirib.
Dekabrın 5-də Rusiya neftinin Avropa İttifaqına dəniz yolu ilə nəqlinə embarqo qüvvəyə minib. Aİ ölkələri həmçinin dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin 60 dollar səviyyəsində tənzimlənən qiymət həddi barədə razılığa gəliblər. Analoji qərar G7 dövlətləri və Avstraliya tərəfindən də qəbul edilib. Bundan başqa, Qərb ölkələri öz şirkətlərinə Rusiyadan neft daşıyan tankerlərə razılaşdırılmış qiymətdən yüksək qiymətə nəqliyyat, maliyyə və sığorta xidmətləri göstərməsinə qadağa qoyub.
Rusiya prezidenti Vladimir Putin deyib ki, neft qiymətlərinə hədd müəyyən etmək cəhdləri Rusiyaya zərər verməyəcək. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Rusiya neftinə qiymət həddini dəstəkləyənlərlə ticarət etməyəcəklər, dünyada alternativ alıcılar mövcuddur.
Xəbər lenti
0