Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Avropalıların əksəriyyəti Ukrayna üzrə sülh danışıqlarının aparılmasını istəyir

© Sputnik / Алексей ВитвицкийAvropa İttifaqının loqosu, arxiv şəkli
Avropa İttifaqının loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Ukraynadakı münaqişənin əhalinin yarıdan az hissəsini narahat etdiyi yeganə ölkə qonşu Slovakiyadır.
BAKI, 21 dekabr — Sputnik. Macarıstanın "Szazadveg" ictimai rəyi araşdırma mərkəzi (sorğu bütün Aİ ölkələrində aparılıb) bildirib ki, avropalıların əksəriyyəti Moskva və Kiyevin sülh danışıqlarına başlamasını istəyir.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Sorğunun nəticələrinə görə, Aİ-nin 27 ölkəsində respondentlərin 82 faizi "Rusiya və Ukrayna sülh danışıqlarına məcbur edilməlidir" fikri ilə "daha çox razılaşır", rəyi soruşulanların 17 faizi isə "razı deyil".
"Ən çox Brüsselin sanksiyalar paketinin bir çox hissəsini qəbul etməyən cənub ölkələri sülh danışıqlarının məcburi aparılmasının tərəfdarıdır (Kiprdə 91 faiz, Portuqaliya və Yunanıstanda 89 faiz). Macarıstanda da əhalinin 88 faizi sülh tərəfdarıdır ", - mesajda belə deyilir.
Estoniyalıların 42 faizi, latışların 36 faizi, polyakların 31 faizi və litvalıların 29 faizi danışıqlar ideyasını dəstəkləməyib. Aİ sakinlərinin üçdə ikisindən çoxu Ukraynadakı münaqişəni "narahatedici" hesab edir. Ən yüksək göstəricilər Macarıstanda (62 faiz) və Almaniyadadır (51).
Münaqişənin əhalinin yarısından azını (48 faiz) narahat etdiyi yeganə ölkə Ukraynanın qonşusu Slovakiyadır. Slovakiya, həm də heç narahat etməyənlərin ən böyük faizinə malikdir (41).
Araşdırma oktyabrın 13-dən dekabrın 7-dək hər bir ölkədə sayı 1000 nəfər olan böyüklər arasında telefon sorğusu vasitəsilə aparılıb.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, bəzi ölkələrdən Rusiya ilə danışıqlara çağırışlar eşidir, lakin bunun mənası yoxdur. Zelenski vurğulayıb ki, Moskva və Kiyev dünyaya fərqli baxışa malikdir. Dekabrın əvvəlində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Zelenski gözəl bilir: arzu olunarsa, Ukraynadakı hərbi əməliyyatların günü "sabah" bitər. Vladimir Putinin sözlərinə görə, Rusiya həmişə Ukrayna ilə bağlı danışıqlara açıq olduğunu bildirib.
Xəbər lenti
0