https://sputnik.az/20221220/lacin-dehlizi-ktmt-nin-mesuliyyet-dairesinden-kenardadir---zas-449828791.html
Laçın dəhlizi KTMT-nin məsuliyyət dairəsindən kənardadır - Zas
Laçın dəhlizi KTMT-nin məsuliyyət dairəsindən kənardadır - Zas
Sputnik Azərbaycan
Laçın dəhlizi ilə bağlı məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət dairəsindən kənardadır. 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T12:26+0400
2022-12-20T12:26+0400
2022-12-20T12:26+0400
rusiya
azergold
ktmt
laçın
stanislav zas
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_0:0:3072:1728_1920x0_80_0_0_49fda5fdcd29188f3f9b410edb3e10ce.jpg
BAKI, 20 dekabr — Sputnik. İrəvanın beynəlxalq səviyyədə qaldırdığı Laçın dəhlizi ilə bağlı məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət dairəsindən kənardadır. Bunu RİA Novosti-yə KTMT-nin baş katibi Stanislav Zas deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ermənistandan da heç bir müraciət daxil olmayıb: "Ona görə də bu məsələnin KTMT-nin məsuliyyət dairəsinə daxil olmadığı mövqeyindən çıxış edirik". Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_341:0:3072:2048_1920x0_80_0_0_08bbf71688ddcfda3fcdf4224080b0e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azergold, ktmt, laçın, stanislav zas
azergold, ktmt, laçın, stanislav zas
Laçın dəhlizi KTMT-nin məsuliyyət dairəsindən kənardadır - Zas
Laçın dəhlizi ilə bağlı məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət dairəsindən kənardadır.
BAKI, 20 dekabr — Sputnik. İrəvanın beynəlxalq səviyyədə qaldırdığı Laçın dəhlizi ilə bağlı məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət dairəsindən kənardadır.
Bunu RİA Novosti-yə KTMT-nin baş katibi Stanislav Zas deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ermənistandan da heç bir müraciət daxil olmayıb: "Ona görə də bu məsələnin KTMT-nin məsuliyyət dairəsinə daxil olmadığı mövqeyindən çıxış edirik".
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.