https://sputnik.az/20221219/ordaniyanin-qerarini-rusiyanin-maraqlarina-zidd-hesab-etmirik---rusiya-xn-449797957.html
İordaniyanın qərarını Rusiyanın maraqlarına zidd hesab etmirik - Rusiya XİN
İordaniyanın qərarını Rusiyanın maraqlarına zidd hesab etmirik - Rusiya XİN
Sputnik Azərbaycan
Federal Hava Nəqliyyatı Agentliyi və Rusiya Xarici İşlər Nazirliyi bu problemin həlli üçün fəal səylər göstərir. 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T16:18+0400
2022-12-19T16:18+0400
2022-12-19T16:18+0400
rusiya xin
rusiya
mariya zaxarova
iordaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438701544_0:0:3071:1728_1920x0_80_0_0_2ed8ce5f1abbdb164bab7438ad39027d.jpg
BAKI, 19 dekabr — Sputnik. Moskva İordaniyanın Rusiya aviaşirkətlərinin hava məkanından istifadəsinə məhdudiyyətlər tətbiq etmək qərarını siyasi motivli və Rusiyanın maraqlarına zidd hesab etmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, İordaniya aviasiya idarəsi Avropa Komissiyasının təzyiqi ilə məhdudiyyətlər qoyub. Bu səbəbdən Rusiyadan Misir kurortlarına və geriyə turist daşıyan bəzi yerli aviaşirkətlər uçuşları təxirə salmağa və alternativ uçuş marşrutları qurmağa məcbur olurlar. "Federal Hava Nəqliyyatı Agentliyi və Rusiya Xarici İşlər Nazirliyi bu problemin həlli üçün fəal səylər göstərir. Eyni zamanda, biz İordaniyanın Rusiyaya dost dövlət olmasından çıxış edirik və Əmmanda qəbul edilən qərarı siyasi motivli və ölkəmizin maraqlarına qarşı yönəlmiş hesab etmirik.", - Zaxarova bildirib. Moskva yerli təyyarələrin təhlükəsizliyi ilə bağlı tərəfdaşlar arasında yaranan narahatlığı aradan qaldırmağı gözləyir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, onlarda İordaniyanın hava məkanından tranzit uçuşlar üçün bütün lazımi sənədlər, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyələrinə uyğun olaraq verilmiş sığorta sənədləri var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438701544_94:0:2825:2048_1920x0_80_0_0_44a6a81f1a832ffe3df3fcb11f4cd154.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, mariya zaxarova, iordaniya
rusiya xin, mariya zaxarova, iordaniya
İordaniyanın qərarını Rusiyanın maraqlarına zidd hesab etmirik - Rusiya XİN
Federal Hava Nəqliyyatı Agentliyi və Rusiya Xarici İşlər Nazirliyi bu problemin həlli üçün fəal səylər göstərir.
BAKI, 19 dekabr — Sputnik. Moskva İordaniyanın Rusiya aviaşirkətlərinin hava məkanından istifadəsinə məhdudiyyətlər tətbiq etmək qərarını siyasi motivli və Rusiyanın maraqlarına zidd hesab etmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, İordaniya aviasiya idarəsi Avropa Komissiyasının təzyiqi ilə məhdudiyyətlər qoyub. Bu səbəbdən Rusiyadan Misir kurortlarına və geriyə turist daşıyan bəzi yerli aviaşirkətlər uçuşları təxirə salmağa və alternativ uçuş marşrutları qurmağa məcbur olurlar.
"Federal Hava Nəqliyyatı Agentliyi və Rusiya Xarici İşlər Nazirliyi bu problemin həlli üçün fəal səylər göstərir. Eyni zamanda, biz İordaniyanın Rusiyaya dost dövlət olmasından çıxış edirik və Əmmanda qəbul edilən qərarı siyasi motivli və ölkəmizin maraqlarına qarşı yönəlmiş hesab etmirik.", - Zaxarova bildirib.
Moskva yerli təyyarələrin təhlükəsizliyi ilə bağlı tərəfdaşlar arasında yaranan narahatlığı aradan qaldırmağı gözləyir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, onlarda İordaniyanın hava məkanından tranzit uçuşlar üçün bütün lazımi sənədlər, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyələrinə uyğun olaraq verilmiş sığorta sənədləri var.