Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Eskalatorun dayanmasına səbəb sərnişin müdaxiləsi olub - Metropoliten

© Sputnik / Murad OrujovBakı Metropoliteni, arxiv şəkli
Bakı Metropoliteni, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Qurum sərnişinlərdən nəinki stansiya yolunda qatar gözləyərkən və vaqonlara minib-düşərkən, bütün zonalarda, o cümlədən eskalatorlarda ehtiyatlı və diqqətli olmalarını rica edir.
BAKI, 19 dekabr - Sputnik. Bakı Metropoliteni paytaxt sakinlərinə və sərnişinlərə müraciət ünvanlayıb.
Müraciətdə bildirilir:
"Məlumdur ki, iş günlərində gur saatlarda Bakı metropoliteninin bir stansiyalarında xüsusi sıxlıq müşahidə olunur. Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır. Bu gün axşam gur saatı vaxtı "28 May" stansiyasında enişə işləyən eskalatorun dayandırılması zərurəti yaranıb. Əsas səbəb yuxarı doğru hərəkət edən eskalatorlardan birinin dayanması olub. Platforma səviyyəsində sıxlığın ifrat həddə çatmasının qarşısını almaq üçün, metropolitendə təhlükəsizlik qaydalarının tələbinə uyğun olaraq, enişə işləyən eskalator da dayandırılıb. Üzü yuxarı hərəkət edən eskalatorun dayanmasının səbəbi sərnişin müdaxiləsi olduğu müəyyən edilib və təxminən bir dəqiqə ərzində eskalator yenidən işə salınıb".
Daha sonra bildirilir ki, sözügedən stansiyada müasir tipli eskalatorlar tətbiq olunur və onların idarəetmə panelində dayanma səbəbi də göstərilir:
"Məhz təhlükəsizlik açarından istifadə olunması göstərildiyindən daha uzun müddət çəkən texniki baxışa ehtiyac olmayıb. Təxminən üç dəqiqəyə yaxın müddət ərzində platforma səviyyəsində sərnişinlərin qismən azalması müşahidə olunduğunda enişə hərəkət edən eskalator da qoşulub".
Daha sonra Metropolitenin müraciətində qeyd olunur ki, ümumiyyətlə, bu stansiyada baş vermiş hadisə bir daha əyani göstərir ki, ani ehtiyatsızlıq və ya diqqətsizlik sərnişinlərin təhlükəsizliyinə xələl gətirə, hərəkətin normal təşkilinə maneə ola bilər.
"Bu səbəbdən sərnişinlərdən nəinki stansiya yolunda qatar gözləyərkən və vaqonlara minib-düşərkən, bütün zonalarda, o cümlədən eskalatorlarda ehtiyatlı və diqqətli olmalarını rica edirik. İstifadə qaydaları, ilk növbədə, hər bir sərnişinin təhlükəsizliyi üçündür. Onlara əməl edək", - deyə sənəddə bildirilir.
Xəbər lenti
0