https://sputnik.az/20221219/ermenistan-ve-azerbaycan-probleminin-hellinde-diplomatiya-prioritetdir---zas-449797286.html
Ermənistan və Azərbaycan probleminin həllində diplomatiya prioritetdir - Zas
Ermənistan və Azərbaycan probleminin həllində diplomatiya prioritetdir - Zas
Sputnik Azərbaycan
Stanislav Zas bildirib ki, indiki şəraitdə KTMT-nin əsas məqsədi dövlət təşkilatlarının təhlükəsizliyini təmin etməkdir. 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T16:05+0400
2022-12-19T16:05+0400
2022-12-19T16:05+0400
rusiya
stanislav zas
ktmt
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_0:0:3072:1728_1920x0_80_0_0_49fda5fdcd29188f3f9b410edb3e10ce.jpg
BAKI, 19 dekabr — Sputnik. Ermənistan və Azərbaycan probleminin həllində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün siyasi və diplomatik tədbirlər prioritetdir. Bunu KTMT-nin baş katibi Stanislav Zas təşkilatın işində ilin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Baş katib bildirib ki, indiki şəraitdə KTMT-nin əsas məqsədi dövlət təşkilatlarının təhlükəsizliyini təmin etməkdir. O, Ermənistan və Azərbaycan arasındakı münasibətlər mövzusuna toxunaraq bildirib ki, siyasi və diplomatik tədbirlər, yaranan çağırış və təhdidlərə fəal reaksiya hələ də prioritet olaraq qalır. KTMT-nin baş katibi bildirib ki, təşkilat Ermənistandan üz döndərmək fikrində deyil. O qeyd edib ki, 2022-ci ildə təşkilata üzv dövlətlərin başçıları Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək üçün üç dəfə görüşüblər. Zas vurğulayıb ki, KTMT-nin Ermənistana müşahidə missiyasının göndərilməsi ilə bağlı təklifləri qüvvədə qalır, bunu kifayət qədər tez təşkil etmək olar: "Ermənistan dövlət başçıları tərəfindən təsdiqlənməsi təklif edilmiş bütün tədbirlər paketi və ya ayrı-ayrı bəndlər üzrə təklifləri qəbul edərsə, o cümlədən missiya ilə bağlı qərar qəbul etməyi zəruri hesab edərsə, bu, olduqca tez həyata keçirilə bilər". Zas onu da vurğulayıb ki, KTMT qüvvələr kontingentini genişləndirməyi planlaşdırmır, təşkilatın mövcud potensialı istənilən təhlükənin qarşısını almaq üçün kifayətdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_341:0:3072:2048_1920x0_80_0_0_08bbf71688ddcfda3fcdf4224080b0e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
stanislav zas, ktmt
Ermənistan və Azərbaycan probleminin həllində diplomatiya prioritetdir - Zas
Stanislav Zas bildirib ki, indiki şəraitdə KTMT-nin əsas məqsədi dövlət təşkilatlarının təhlükəsizliyini təmin etməkdir.
BAKI, 19 dekabr — Sputnik. Ermənistan və Azərbaycan probleminin həllində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün siyasi və diplomatik tədbirlər prioritetdir. Bunu KTMT-nin baş katibi Stanislav Zas təşkilatın işində ilin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Baş katib bildirib ki, indiki şəraitdə KTMT-nin əsas məqsədi dövlət təşkilatlarının təhlükəsizliyini təmin etməkdir.
O, Ermənistan və Azərbaycan arasındakı münasibətlər mövzusuna toxunaraq bildirib ki, siyasi və diplomatik tədbirlər, yaranan çağırış və təhdidlərə fəal reaksiya hələ də prioritet olaraq qalır.
KTMT-nin baş katibi bildirib ki, təşkilat Ermənistandan üz döndərmək fikrində deyil.
O qeyd edib ki, 2022-ci ildə təşkilata üzv dövlətlərin başçıları Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək üçün üç dəfə görüşüblər.
Zas vurğulayıb ki, KTMT-nin Ermənistana müşahidə missiyasının göndərilməsi ilə bağlı təklifləri qüvvədə qalır, bunu kifayət qədər tez təşkil etmək olar:
"Ermənistan dövlət başçıları tərəfindən təsdiqlənməsi təklif edilmiş bütün tədbirlər paketi və ya ayrı-ayrı bəndlər üzrə təklifləri qəbul edərsə, o cümlədən missiya ilə bağlı qərar qəbul etməyi zəruri hesab edərsə, bu, olduqca tez həyata keçirilə bilər".
Zas onu da vurğulayıb ki, KTMT qüvvələr kontingentini genişləndirməyi planlaşdırmır, təşkilatın mövcud potensialı istənilən təhlükənin qarşısını almaq üçün kifayətdir.