Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Telegram istifadəçilərinin hesablarını oğurlamağa kütləvi cəhdlər edilib

© Depositphotos.com / Prykhodov Telegram loqosu
Telegram loqosu - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi bildirib ki, əgər ikifaktorlu autentifikasiya aktivləşdirilibsə, hesabınız təhlükəsizdir.
BAKI, 17 dekabr - Sputnik. “Telegram” messencerinin istifadəçiləri şənbə günü Telegram Premium-a abunəlik vermək bəhanəsi ilə onların hesablarını oğurlamaq cəhdləri ilə üzləşiblər.
Bu barədə Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi məlumat yayıb.
"Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi Telegram hesablarının kütləvi şəkildə oğurlanması barədə xəbərdarlıq edir. Dekabrın 17-də messencer istifadəçiləri hesablarını oğurlamaq üçün kütləvi cəhdlərlə üzləşiblər", - mesajda deyilir.
Qeyd olunur ki, istifadəçi kontakt siyahısından kimdənsə ona hədiyyə olaraq Telegram Premium-a abunə göndərildiyi barədə mesaj alır.
"İstifadəçi düyməni basır və bu zaman o, avtorizasiya kodunu alır. Ekranda yazılır ki, premium abunəni aktivləşdirmək üçün bu kodu daxil etmək lazımdır", - Rəqəmsal İnkişaf Nazirliyindən əlavə ediblər.
İstifadəçi bu kodu daxil etdikdən sonra onun hesabı dərhal hakerin kompüterində açılır. Yeni hesab bu cür mesajları dərhal bütün kontakt siyahısına göndərir və onları göndərilən siyahıdan silir. Eyni zamanda, mesaj alıcılarda qalır. İkifaktorlu autentifikasiya aktivləşdirilibsə, hesabınız təhlükəsizdir.
Nazirlik əlavə edib ki, bu halda hətta kodu daxil etdikdən sonra belə hakerlər yalnız hesab sahibinin bildiyi parolu daxil etməli olacaqlar.
Xəbər lenti
0