Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: Türkiyənin cənub sərhədləri ilə bağlı həssaslığını anlayışla qarşılayırıq

© AR Ministry of DefenceAzərbaycan-Türkiyə təlimləri, arxiv şəkli
Azərbaycan-Türkiyə təlimləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Rusiya XİN-in IV Avropa departamentinin direktoru Yuri Pilipson hesab edir ki, Türkiyənin Suriyada planlaşdırdığı quru əməliyyatı vaxtından əvvəl atılmış addımdır.
BAKI, 17 dekabr - Sputnik. Moskva Türkiyənin cənub sərhədlərinin qorunmasında tərəfdaşlar üçün həssaslığını anlayışla qarşılayır. Lakin Suriyanın ərazi bütövlüyünü pozmamağı zəruri hesab edir.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson deyib.
O, Türkiyənin Suriyada planlaşdırdığı quru əməliyyatını vaxtından əvvəl atılmış addım adlandırıb:
"Rusiya Türkiyənin Suriyada planlaşdırdığı quru əməliyyatını vaxtından əvvəl atılan addım hesab edir".
Pilipson bəyan edib ki, Ankaranın bu hərəkətləri gərginliyin daha da artmasına, separatçı əhval-ruhiyyənin saxlanmasına və silahlı qarşıdurmanın kəskinləşməsinə səbəb ola bilər. Bu məsələ ilə bağlı iki ölkənin Baş Qərargahları və kəşfiyyat orqanları sıx əlaqə saxlayır:
“Türkiyənin Suriya Ərəb Respublikasında planlaşdırdığı hərbi əməliyyatla bağlı iki ölkənin Baş Qərargahları və kəşfiyyat orqanları sıx əlaqə saxlayır. Biz Türkiyənin cənub sərhədlərinin mühafizəsi ilə bağlı tərəfdaşlar üçün həssas məsələlərə anlayışla yanaşırıq, lakin Suriya dövlətinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi prinsiplərinə ciddi riayət edilməsi zərurətindən çıxış edirik".
"Rusiya və Türkiyənin müvafiq nazirlik və idarələri Suriya məsələsində davamlı olaraq sıx təmasdadır. Bildiyiniz kimi, bu gün SAR-da böhranın həllinin yeganə effektiv yolu olan Astana formatı məhz Rusiya, Türkiyə və İranın səyləri sayəsində işə salınıb”. - deyə diplomat bildirib.
Diplomat Rusiya və Türkiyənin hüquq-mühafizə orqanlarının terror aktlarının qarşısının alınması üçün sıx əməkdaşlıq etdiyini də söyləyib.
Xəbər lenti
0