Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvanın hava limanlarında 40-dan çox reys təxirə salınıb

© Sputnik / Maksim Blinov / Mediabanka keçidMoskvada hava limanı, arxiv şəkli
Moskvada hava limanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Moskvada qarın hündürlüyü 22 santimetrə çatıb. Sinoptiklər bunun daha 10 santimetr artacağını proqnozlaşdırırlar.
BAKI, 17 dekabr - Sputnik. Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvanın hava limanlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv olunub.
Güclü qar yağması səbəbindən Vnukovo hava limanında 8 reys gecikir, 10 reys ləğv olunub, Domodedovo hava limanında 12 reys gecikir, 1 reys ləğv olunub. Şeremetyevo hava limanında isə 6 reys gecikir, 6 reys ləğv olunub.
Qeyd edək ki, dünən gecə saatlarından Rusiya paytaxtına fasiləsiz olaraq qar yağır. Moskvada qarın hündürlüyü 22 santimetrə çatıb. Sinoptiklər bunun daha 10 santimetr artacağını proqnozlaşdırırlar.
Xəbər lenti
0