Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Anti-Rusiya siyasətinin Aİ üçün ağrılı nəticələri daha da artacaq

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsi ilə bağlı qərarını şərh edib.
BAKI, 17 dekabr - Sputnik. Avropa İttifaqının yeni sanksiyalar paketi Moskva və Brüssel arasında münasibətlərə prinsipial olaraq yeni heç nə gətirmir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsi ilə bağlı qərarını şərh edərkən deyib.
"Aİ-nin öz ərazisində daha dörd rus mediasının yayımına qadağa qoyması Brüsseldə adi təcrübəyə çevrilmiş avtoritar tədbirdir. Avropa İttifaqı Rusiya ixracatçıları üçün istisnanın mümkünlüyünü nəzərdə tutaraq, sanksiyaları səbəbindən dünyanın ərzaq təhlükəsizliyinin sarsıdılmasını mahiyyətcə etiraf edib. Anti-Rusiya siyasətinin Aİ üçün ağrılı nəticələri, o cümlədən ABŞ-ın “köməyi" olmadan da artacaq", - deyə Zaxarovanın XİN-nin saytında yer alan yazılı şərhində bildirib.
Xatırladaq ki, ötən gün Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiya paketində bir neçə nazirə və nüfuzlu şəxslərə qarşı sanksiya tətbiq edib.
Aİ-nin rəsmi jurnalının yaydığı məlumata görə, Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov, mədəniyyət naziri Olqa Lyubimova, təhsil naziri Sergey Kravtsova qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Siyahıda Boris Korçevnikov, Marina Kim, Qriqori Leps, Dmitri Puçkov, Nikita Mixalkov da yer alıb.
Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya da məhdudiyyətlər qoyulub.
Həmçinin, Moskva Kredit Bankı, Ümumrusiya Regional İnkişaf Bankı və Uzaq Şərq Bankına qarşı sanksiyalar tətbiq edilib.
Bundan başqa, sanksiya siyahısına elm və ali təhsil naziri Valeri Falkov, təbii sərvətlər naziri Aleksandr Kozlov, əmək naziri Anton Kotyakov və ədliyyə naziri Konstantin Çuyçenko da daxildir.
Avropa İttifaqı həmçinin Vahid Rusiya, Liberal Demokrat Partiyası, Rusiya Federasiyası Kommunist Partiyası və Yeni Xalq siyasi partiyalarına qarşı da sanksiyalar tətbiq edib.
Ümumilikdə 174 nəfər və təşkilat yeni sanksiyalara məruz qalıb.
Xəbər lenti
0