https://sputnik.az/20221216/rusiya-xarici-isler-nazirinin-muavini-bmt-numayendesi-ile-taxil-sazisini-muzakire-edecek-449701422.html
Rusiya xarici işlər nazirinin müavini BMT nümayəndəsi ilə taxıl sazişini müzakirə edəcək
Rusiya xarici işlər nazirinin müavini BMT nümayəndəsi ilə taxıl sazişini müzakirə edəcək
Sputnik Azərbaycan
Sergey Verşinin bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı BMT ilə müntəzəm əlaqələr saxlayır. 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T14:46+0400
2022-12-16T14:46+0400
2022-12-16T14:46+0400
rusiya
bmt
taxıl
saziş
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333157_0:203:2917:1844_1920x0_80_0_0_d24e45efbe870e63ab637ca1397a2b68.jpg
BAKI, 16 dekabr — Sputnik. Bir neçə gündən sonra BMT nümayəndəsi Rebeka Qrinspan ilə taxıl müqaviləsi ilə bağlı müzakirələr olacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib. “İyulun 22-də İstanbulda imzalanan sənəd Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına maneəsiz çıxışını təmin etmək üçün Rusiya ilə BMT Katibliyi arasında Anlaşma Memorandumu adlanır”, - deyə Verşinin “Rossiya 24” telekanalının efirində bildirib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı BMT ilə müntəzəm əlaqələr saxlayır. Diplomat əlavə edib ki, tərəflər hər ay görüşür, növbəti müzakirə bir neçə gündən sonra videokonfrans vasitəsilə olacaq. Verşinin qeyd edib ki, Moskva BMT-nin bu memorandum üzrə bütün öhdəliklərini yerinə yetirməsində israrlıdır. “Təəssüf ki, biz hələ paketin birinci hissəsindən başqa real nəzərəçarpacaq dəyişikliklər görmürük”, - o, telekanalın efirində vurğulayıb. Taxıl zəngin ölkələrə gedir Verşinin həmçinin bildirib ki, taxıl müqaviləsi nəticəsində 13 milyon tondan çox taxılın böyük hissəsi zəngin ölkələrə gedib. "Axı ikiüzlü olmağı dayandırmaq lazımdır. Mən ilk növbədə Qərb nümayəndələrinə müraciət edirəm" - XİN rəsmisi deyib. O xatırladıb ki, iyulun 22-də İstanbulda imzalanan saziş paket sazişlərdir. “Paketin birinci hissəsi, həqiqətən də, həyata keçirilməkdə olan Ukrayna taxılına dair sazişdir və məhz bu gün 13 milyon tondan çox taxıl, ilk növbədə qarğıdalı müxtəlif ölkələrə, dediyim kimi, ən çoxu inkişaf etmiş ölkələrə, zəngin ölkələrə gedib”, - diplomat qeyd edib. İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilə noyabrın 18-də başa çatdırdı, lakin tərəflərdən heç birinin etirazı olmadığı halda avtomatik olaraq 120 gün müddətinə uzadılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333157_94:0:2823:2047_1920x0_80_0_0_43d038d7de84e74228c3be2c07586b5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bmt, taxıl, saziş
Rusiya xarici işlər nazirinin müavini BMT nümayəndəsi ilə taxıl sazişini müzakirə edəcək
Sergey Verşinin bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı BMT ilə müntəzəm əlaqələr saxlayır.
BAKI, 16 dekabr — Sputnik. Bir neçə gündən sonra BMT nümayəndəsi Rebeka Qrinspan ilə taxıl müqaviləsi ilə bağlı müzakirələr olacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
“İyulun 22-də İstanbulda imzalanan sənəd Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına maneəsiz çıxışını təmin etmək üçün Rusiya ilə BMT Katibliyi arasında Anlaşma Memorandumu adlanır”, - deyə Verşinin “Rossiya 24” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı BMT ilə müntəzəm əlaqələr saxlayır. Diplomat əlavə edib ki, tərəflər hər ay görüşür, növbəti müzakirə bir neçə gündən sonra videokonfrans vasitəsilə olacaq.
Verşinin qeyd edib ki, Moskva BMT-nin bu memorandum üzrə bütün öhdəliklərini yerinə yetirməsində israrlıdır.
“Təəssüf ki, biz hələ paketin birinci hissəsindən başqa real nəzərəçarpacaq dəyişikliklər görmürük”, - o, telekanalın efirində vurğulayıb.
Taxıl zəngin ölkələrə gedir
Verşinin həmçinin bildirib ki, taxıl müqaviləsi nəticəsində 13 milyon tondan çox taxılın böyük hissəsi zəngin ölkələrə gedib.
"Axı ikiüzlü olmağı dayandırmaq lazımdır. Mən ilk növbədə Qərb nümayəndələrinə müraciət edirəm" - XİN rəsmisi deyib.
O xatırladıb ki, iyulun 22-də İstanbulda imzalanan saziş paket sazişlərdir.
“Paketin birinci hissəsi, həqiqətən də, həyata keçirilməkdə olan Ukrayna taxılına dair sazişdir və məhz bu gün 13 milyon tondan çox taxıl, ilk növbədə qarğıdalı müxtəlif ölkələrə, dediyim kimi, ən çoxu inkişaf etmiş ölkələrə, zəngin ölkələrə gedib”, - diplomat qeyd edib.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilə noyabrın 18-də başa çatdırdı, lakin tərəflərdən heç birinin etirazı olmadığı halda avtomatik olaraq 120 gün müddətinə uzadılıb.