https://sputnik.az/20221216/rusiya-oz-iqtisadi-maraqlarini-temin-etmek-ucun-tedbirler-gorecek---rusiya-xn-449689496.html
Rusiya öz iqtisadi maraqlarını təmin etmək üçün tədbirlər görəcək - Rusiya XİN
Rusiya öz iqtisadi maraqlarını təmin etmək üçün tədbirlər görəcək - Rusiya XİN
Sputnik Azərbaycan
Qruşko bildirib ki, hazırda Avropa etiraz etmədən öz maraqlarını qurban verir, Qərbi Avropanın siyasi sinfi özünü məhv etmək yolu ilə gedir. 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T12:06+0400
2022-12-16T12:06+0400
2022-12-16T12:06+0400
rusiya xin
rusiya
avropa
sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/41318/09/413180931_0:0:3077:1731_1920x0_80_0_0_82d793793b7de97137f5c7358999febb.jpg
BAKI, 16 dekabr — Sputnik. Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi Brüsselin seçimidir, lakin bu tədbirlər Avropa ölkələrinin öz maraqlarına xələl gətirir. Eyni zamanda yeni məhdudiyyətlərin əsas benefisiarının ABŞ olduğunu görməmək mümkün deyil. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. Cümə axşamı Aİ ölkələrinin daimi nümayəndələri Rusiya əleyhinə sanksiyaların doqquzuncu paketi ilə bağlı razılığa gəliblər. Sanksiyalar paketinin rəsmiləşdirilməsi üzrə yekun texniki prosedurun cümə günü başa çatacağı gözlənilir. Sonra sanksiyalar İttifaqın rəsmi jurnalında dərc edilməlidir və bundan sonra da sanksiyalar qüvvəyə minəcək. Bundan əlavə, o qeyd edib ki, "bütün bu sanksiyaların hamısında ABŞ-ın benefisiar olduğunu görməmək mümkün deyil". Qruşkonun sözlərinə görə, bu gün Avropa etiraz etmədən öz maraqlarını qurban verir, Qərbi Avropanın siyasi sinfi özünü məhv edən yolla gedir". "Ancaq bu, onların siyasi seçimidir. Biz buna görə təəssüflənirik, o cümlədən uzun illər ərzində bir sıra sahələrdə avropalılarla və Avropa İttifaqı ilə iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığımız üçün etibarlı təməl təmin edəcək bərabərhüquqlu iqtisadi münasibətlər qurmağa çalışmışıq", - deyə nazir müavini bildirib. Aleksandr Qruşko Aİ-nin yeni tətbiq etdiyi doqquzuncu sanksiyalar paketini şərh edərkən bildirib ki, Moskva yeni məhdudiyyətlər şəraitində Rusiyanın iqtisadi maraqlarını təmin etmək üçün tədbirlər hazırlayacaq. "Biz (Brüsselin hərəkətlərini) mənfi qiymətləndiririk. İqtisadi maraqlarımızı təmin edəcək tədbirlər hazırlayacağıq", - deyə nazir müavini vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41318/09/413180931_205:0:2936:2048_1920x0_80_0_0_978aeae6559604cec8bba2a6b748d683.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, avropa, sanksiyalar
rusiya xin, avropa, sanksiyalar
Rusiya öz iqtisadi maraqlarını təmin etmək üçün tədbirlər görəcək - Rusiya XİN
Qruşko bildirib ki, hazırda Avropa etiraz etmədən öz maraqlarını qurban verir, Qərbi Avropanın siyasi sinfi özünü məhv etmək yolu ilə gedir.
BAKI, 16 dekabr — Sputnik. Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi Brüsselin seçimidir, lakin bu tədbirlər Avropa ölkələrinin öz maraqlarına xələl gətirir. Eyni zamanda yeni məhdudiyyətlərin əsas benefisiarının ABŞ olduğunu görməmək mümkün deyil. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Cümə axşamı Aİ ölkələrinin daimi nümayəndələri Rusiya əleyhinə sanksiyaların doqquzuncu paketi ilə bağlı razılığa gəliblər. Sanksiyalar paketinin rəsmiləşdirilməsi üzrə yekun texniki prosedurun cümə günü başa çatacağı gözlənilir. Sonra sanksiyalar İttifaqın rəsmi jurnalında dərc edilməlidir və bundan sonra da sanksiyalar qüvvəyə minəcək.
"Onlar energetikada, maliyyə sektorunda və bir çox digər sahələrdə bazar prinsiplərindən imtina edirlər. Bu, onların seçimidir. Lakin bu seçim konkret fəaliyyət çərçivəsində, son illərdəki kimi beynəlxalq iqtisadi münasibətlərə xələl gətirir və bu ölkələrin iqtisadi maraqlarına zərbə vurur", - deyə Qruşko bildirib.
Bundan əlavə, o qeyd edib ki, "bütün bu sanksiyaların hamısında ABŞ-ın benefisiar olduğunu görməmək mümkün deyil".
Qruşkonun sözlərinə görə, bu gün Avropa etiraz etmədən öz maraqlarını qurban verir, Qərbi Avropanın siyasi sinfi özünü məhv edən yolla gedir".
"Ancaq bu, onların siyasi seçimidir. Biz buna görə təəssüflənirik, o cümlədən uzun illər ərzində bir sıra sahələrdə avropalılarla və Avropa İttifaqı ilə iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığımız üçün etibarlı təməl təmin edəcək bərabərhüquqlu iqtisadi münasibətlər qurmağa çalışmışıq", - deyə nazir müavini bildirib.
Aleksandr Qruşko Aİ-nin yeni tətbiq etdiyi doqquzuncu sanksiyalar paketini şərh edərkən bildirib ki, Moskva yeni məhdudiyyətlər şəraitində Rusiyanın iqtisadi maraqlarını təmin etmək üçün tədbirlər hazırlayacaq.
"Biz (Brüsselin hərəkətlərini) mənfi qiymətləndiririk. İqtisadi maraqlarımızı təmin edəcək tədbirlər hazırlayacağıq", - deyə nazir müavini vurğulayıb.