Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nabiullina Rusiyanın ixracat perspektivlərini pisləşdirən amilləri açıqlayıb

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Rusiya neftinə embarqo və qiymət həddinin tətbiqi qlobal iqtisadiyyatın pisləşməsi ilə bərabər qlobal karbohidrogen qiymətlərinin aşağı düşməsi üst-üstə düşdü.
BAKI, 15 dekabr — Sputnik. Aİ-nin embarqosu və Rusiya neftinə qiymət tavanı Rusiyadan ixracın perspektivlərini pisləşdirir, rubla təzyiqi artırır. Bunu Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.
"Rusiya neftinə embarqo və qiymət həddinin tətbiqi qlobal iqtisadiyyatın pisləşməsi ilə bərabər qlobal karbohidrogen qiymətlərinin aşağı düşməsi üst-üstə düşdü. Aşağı qiymətlərin uzun müddət davam etməsi və ya onların əlavə güclü enişi daimi gəlir itkisinə səbəb ola bilər. İxracatçılar üçün geosiyasi gərginliyin artması, sanksiyaların sərtləşdirilməsi, Rusiya ixracatının perspektivini pisləşdirir və ticarət balansının daha sürətli azalması deməkdir, bu, rubla təzyiq göstərir”, - o, Mərkəzi Bankın Direktorlar Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Qərbin neft sanksiyaları dekabrın 5-də qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ bu cür neftə 60 dollar/barel qiymət limiti qoyub.
Rusiya baş nazirinin müavini Aleksandr Novak qərarı şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətlərinə məhdudiyyət qoyulmasını qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir, Rusiya yalnız bazar şəraitində işləyəcək istehlakçılarla işləməyə hazırdır.
Xəbər lenti
0