https://sputnik.az/20221216/moskva-ve-ankara-suriyadaki-xususi-emeliyyatla-bagli-elaqeleri-saxlayir---rusiya-xn-449704813.html
Moskva və Ankara Suriyadakı xüsusi əməliyyatla bağlı əlaqələri saxlayır - Rusiya XİN
Moskva və Ankara Suriyadakı xüsusi əməliyyatla bağlı əlaqələri saxlayır - Rusiya XİN
Sputnik Azərbaycan
Kobani şəhərinə, eləcə də İraqın şimalına zərbələr endirildiyi barədə məlumat verilib. 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T15:34+0400
2022-12-16T15:34+0400
2022-12-16T15:34+0400
rusiya
türkiyə
suriya
rusiya
https://cdnn1.img.sputnik.az/img/42344/11/423441116_0:54:1920:1134_1920x0_80_0_0_35622842acd6c6edca8f7a31d75da48d.jpg
BAKI, 16 dekabr — Sputnik. Moskva və Ankara Türkiyənin Suriyadakı xüsusi əməliyyatı ilə bağlı əlaqələri saxlayır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə bildirib. "Bizdə məlumat mübadiləsi və koordinasiya sistemi qurulub, əsasən ölkələrimizin hərbi idarələri vasitəsilə onlar daim əlaqədədirlər... Həm Ankarada, həm Moskvada, həm də ən əsası, yerində... Hər şeydə razılaşmırıq, ancaq türkiyəli tərəfdaşlarla sıx əlaqədə olmağımız bir həqiqətdir ", - deyə Boqdanov vurğulayıb. Türkiyə noyabrın 20-dən etibarən Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirir. Kobani şəhərinə, eləcə də İraqın şimalına zərbələr endirildiyi barədə məlumat verilib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının da keçiriləcəyini istisna etməyib.Suriyanın şimalında planlaşdırılan quru əməliyyatından danışan prezident jurnalistlərə deyib ki, "bu işin ünvanlarını və həyata keçirilmə vaxtını söyləmək olmaz".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42344/11/423441116_308:0:1920:1209_1920x0_80_0_0_9e3abb3a05e0bb659a591e3ef8bf5095.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, suriya, rusiya
Moskva və Ankara Suriyadakı xüsusi əməliyyatla bağlı əlaqələri saxlayır - Rusiya XİN
Kobani şəhərinə, eləcə də İraqın şimalına zərbələr endirildiyi barədə məlumat verilib.
BAKI, 16 dekabr — Sputnik. Moskva və Ankara Türkiyənin Suriyadakı xüsusi əməliyyatı ilə bağlı əlaqələri saxlayır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə bildirib.
"Bizdə məlumat mübadiləsi və koordinasiya sistemi qurulub, əsasən ölkələrimizin hərbi idarələri vasitəsilə onlar daim əlaqədədirlər... Həm Ankarada, həm Moskvada, həm də ən əsası, yerində... Hər şeydə razılaşmırıq, ancaq türkiyəli tərəfdaşlarla sıx əlaqədə olmağımız bir həqiqətdir ", - deyə Boqdanov vurğulayıb.
Türkiyə noyabrın 20-dən etibarən Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirir. Kobani şəhərinə, eləcə də İraqın şimalına zərbələr endirildiyi barədə məlumat verilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının da keçiriləcəyini istisna etməyib.
Suriyanın şimalında planlaşdırılan quru əməliyyatından danışan prezident jurnalistlərə deyib ki, "bu işin ünvanlarını və həyata keçirilmə vaxtını söyləmək olmaz".