QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb

mina - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 29113 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
BAKI, 16 dekabr — Sputnik. Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari il ərzində 15 620 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 29113 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Ümumilikdə 10185 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10445 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Əsas səylərin azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mina təmizlənmə işlərində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan qardaş Türkiyədən alınmış "MEMATT" (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.
Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, dekabrın 5-dən 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 3 tank əleyhinə mina və 47 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 271 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Ötən ay azad olunan ərazilərdə 1126 mina aşkarlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edək ki, artıq 2522,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Xəbər lenti
0