QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub

© AR Ministry of Internal AffairsPolis əməkdaşı, arxiv şəkl
Polis əməkdaşı, arxiv şəkl - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Sahil Rüstəmov idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb.
BAKI, 16 dekabr — Sputnik. Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Sahil Rüstəmov idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb. Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib.
S.Rüstəmov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 25 gün müddətinə inzibati qaydada həbs edilib.
Xatırladaq ki. bir müddət öncə də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib. Yoxlamalar zamanı həmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Xəbər lenti
0