https://sputnik.az/20221216/dyp-avtobus-dayanacaqlarnda-masin-saxlayan-suruculere-muraciet-edib-449699622.html
DYP avtobus dayanacaqlarında maşın saxlayan sürücülərə müraciət edib
DYP avtobus dayanacaqlarında maşın saxlayan sürücülərə müraciət edib
Sputnik Azərbaycan
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru bildirib ki, qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T22:00+0400
2022-12-16T22:00+0400
2022-12-17T11:53+0400
avtobus
paytaxt xəbərləri
dayanacaq
yol polisi
sürücü
https://cdnn1.img.sputnik.az/img/42204/82/422048212_0:72:1835:1104_1920x0_80_0_0_5cbf57bbc12eae0ea2ca7895c6315b4f.jpg
BAKI, 16 dekabr — Sputnik. Bu il Bakıda avtobus dayanacaqlarında 25 000-dən çox qayda pozuntusu aşkarlanıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib. DYP rəsmisi avtobus dayanacaqlarnda qanunsuz park edən sürücülərə müraciət edib: "Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini, eləcəcə də ictimayi nəqliyyatdan istifadə edən sərnişinlərin yolun hərəkət hissəsində təhlükə qarşısında qalmamasını təmin etmək məqsədilə sürücülərdən avtobus dayanacaqları və ona yaxın 15 metrlik ərazidə dayanma-durma tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik. Əks təqdirdə, hər bir sürücü bilməlidir ki, bu əməl İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 , 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur. Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur". A.Əsgərli vurğulayıb ki, Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərzidə 25 000-dən çox qayda pozuntusu aşkar edilib:"Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə qarşı münasibətdə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı, inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axınını düzgün formada idarə olunmasına, süni sıxlıqların olmaması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/82/422048212_134:0:1702:1176_1920x0_80_0_0_dd69ab697232517ebcb157c49366a24e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtobus, dayanacaq, yol polisi, sürücü
avtobus, dayanacaq, yol polisi, sürücü
DYP avtobus dayanacaqlarında maşın saxlayan sürücülərə müraciət edib
22:00 16.12.2022 (Yenilənib: 11:53 17.12.2022) Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru bildirib ki, qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur.
BAKI, 16 dekabr — Sputnik. Bu il Bakıda avtobus dayanacaqlarında 25 000-dən çox qayda pozuntusu aşkarlanıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
DYP rəsmisi avtobus dayanacaqlarnda qanunsuz park edən sürücülərə müraciət edib:
"Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini, eləcəcə də ictimayi nəqliyyatdan istifadə edən sərnişinlərin yolun hərəkət hissəsində təhlükə qarşısında qalmamasını təmin etmək məqsədilə sürücülərdən avtobus dayanacaqları və ona yaxın 15 metrlik ərazidə dayanma-durma tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik. Əks təqdirdə, hər bir sürücü bilməlidir ki, bu əməl İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 , 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur. Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur".
A.Əsgərli vurğulayıb ki, Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərzidə 25 000-dən çox qayda pozuntusu aşkar edilib:
"Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə qarşı münasibətdə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı, inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axınını düzgün formada idarə olunmasına, süni sıxlıqların olmaması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik".