https://sputnik.az/20221215/zaxarova-ermeni-jurnalisti-pert-etdi-sizin-olkenizde-de-var-449666784.html
Zaxarova erməni jurnalisti pərt etdi: sizin ölkənizdə də var
Zaxarova erməni jurnalisti pərt etdi: sizin ölkənizdə də var
Sputnik Azərbaycan
Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə görürəm. 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T18:06+0400
2022-12-15T18:06+0400
2022-12-15T18:07+0400
mariya zaxarova
rusiya
erməni
jurnalist
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426264950_0:0:2997:1685_1920x0_80_0_0_774346dd5d0d30829e338e7b994a8793.jpg
BAKI, 15 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) türkiyəli general-polkovnik Bəxtiyar Ərsayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına münasibət bildirib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin "NATO üzvü olan ölkənin generalının Azərbaycan MN başçısının müşaviri təyin olunmasına Rusiya necə münasibət bildirir? Postsovet ölkələrinin NATO ilə əməkdaşlığına Rusiya mənfi yanaşdığı halda, Azərbaycanın Türkiyə ilə əməkdaşlığına niyə göz yumur? sualına cavab verərək deyib ki, tək Azərbaycanda deyil, Ermənistanda da xarici müşavirlər var. "Mən sizinlə razılaşmıram. Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə görürəm. Ermənistanda da belə insanlar var. Ona görə də mən sizin məzəmmətinizi qəbul etmirəm. Hər bir ölkənin tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var. Bununla belə, əlbəttə ki, biz bu əməkdaşlığın üçüncü ölkələrə istiqamətlənməməli olduğunu və Cənubi Qafqazdakı qüvvələr balansını pozmamalı olduğunu hesab edirik. Bu tezisi biz müntəzəm olaraq regiondakı tərəfdaşlarımıza çatdırırıq", - Rusiya XİN sözçüsü qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426264950_6:0:2737:2048_1920x0_80_0_0_0ec51dfea45f7d93d380d4f844c5a802.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, erməni, jurnalist, ermənistan
mariya zaxarova, erməni, jurnalist, ermənistan
Zaxarova erməni jurnalisti pərt etdi: sizin ölkənizdə də var
18:06 15.12.2022 (Yenilənib: 18:07 15.12.2022) Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə görürəm.
BAKI, 15 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) türkiyəli general-polkovnik Bəxtiyar Ərsayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin "NATO üzvü olan ölkənin generalının Azərbaycan MN başçısının müşaviri təyin olunmasına Rusiya necə münasibət bildirir? Postsovet ölkələrinin NATO ilə əməkdaşlığına Rusiya mənfi yanaşdığı halda, Azərbaycanın Türkiyə ilə əməkdaşlığına niyə göz yumur? sualına cavab verərək deyib ki, tək Azərbaycanda deyil, Ermənistanda da xarici müşavirlər var.
"Mən sizinlə razılaşmıram. Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə görürəm. Ermənistanda da belə insanlar var. Ona görə də mən sizin məzəmmətinizi qəbul etmirəm. Hər bir ölkənin tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var. Bununla belə, əlbəttə ki, biz bu əməkdaşlığın üçüncü ölkələrə istiqamətlənməməli olduğunu və Cənubi Qafqazdakı qüvvələr balansını pozmamalı olduğunu hesab edirik. Bu tezisi biz müntəzəm olaraq regiondakı tərəfdaşlarımıza çatdırırıq", - Rusiya XİN sözçüsü qeyd edib.