Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır - Zaxarova

© Sputnik / Press service of the Russian Foreign Ministry / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 15.12.2022
Abunə olmaq
Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatını imzalayarkən, tərəflər öz üzərinə ciddi şəkildə riayət edilməli olan öhdəliklər götürüblər.
BAKI, 15 dekabr — Sputnik. Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır, orada tamhüquqlu nəqliyyat əlaqələrinin yaxın gələcəkdə bərpa olunacağını gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz Laçın dəhlizinin bağlanmasından narahatıq, buna tərəflər arasında filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqları səbəb olub. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlər ərzində gərginliyi azaltmaq üçün fəal işləyir. Biz yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqələrinin bərpasına ümid edirik", - deyə Zaxarova brifinqdə bildirib.
O vurğulayıb ki, Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Qarabağ və Ermənistan arasında əlaqəni təmin edir. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatını imzalayarkən, "tərəflər öz üzərinə ciddi şəkildə riayət edilməli olan öhdəliklər götürüblər".
"Mülki əhalinin həyatına problemlər yaratmaq yolverilməzdir", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Zaxarova xüsusi olaraq qeyd edib ki, Rusiya haradan olmasından asılı olmayaraq Rusiya sülhməramlılarına qarşı əsassız iddiaları təxribat xarakterli hərəkətlər hesab edir: "Rusiya sülhməramlı kontingenti regionda sabitliyin təminatçısı kimi çıxış edərək üzərinə düşən vəzifələri səmərəli şəkildə yerinə yetirir".
Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Xəbər lenti
0