https://sputnik.az/20221215/bakida-bayram-imecliyi-kecirilecek-449653392.html
Bakıda bayram iməcliyi keçiriləcək
Bakıda bayram iməcliyi keçiriləcək
Sputnik Azərbaycan
"Yeni ilə təmiz şəhərlə" devizi ilə ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb. 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T11:18+0400
2022-12-15T11:18+0400
2022-12-15T11:18+0400
iməclik
paytaxt xəbərləri
bakı
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0c/440085865_0:44:1000:607_1920x0_80_0_0_e5c65ad5383b73c2ac51f81d1195df12.jpg
BAKI, 15 dekabr — Sputnik. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şənbə günü, dekabr ayının 17-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda "Yeni ilə təmiz şəhərlə" devizi ilə ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb. Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir. Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir. Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0c/440085865_66:0:934:651_1920x0_80_0_0_46f74fb10d6f0c21b8aae1477986e350.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
iməclik, bakı
Bakıda bayram iməcliyi keçiriləcək
"Yeni ilə təmiz şəhərlə" devizi ilə ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.
BAKI, 15 dekabr — Sputnik. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şənbə günü, dekabr ayının 17-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda "Yeni ilə təmiz şəhərlə" devizi ilə ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.