https://sputnik.az/20221215/a-olkeleri-rusiyaya-qarsi-sanksiyalarla-bagli-raziliga-gele-bilmir-449664344.html
Aİ ölkələri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir
Aİ ölkələri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir
Sputnik Azərbaycan
Dekabrın 12-də ittifaq ölkələrinin xarici işlər nazirlərinin görüşündə yeni sanksiyalar paketinin təsdiqlənəcəyi gözlənsə də, bir sıra məsələlərdə davam edən... 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T17:18+0400
2022-12-15T17:18+0400
2022-12-15T17:47+0400
ai
rusiya
sanksiya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516509_0:0:2741:1541_1920x0_80_0_0_360ccfd2a341ae64fc231b344fc42c45.jpg
BAKI, 15 dekabr — Sputnik. Aİ ölkələri yenidən Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Bu barədə “Reuters” yazır və qeyd edir ki, Polşa və bir sıra digər Avropa ölkələrinin hələ də etirazları var. Litva prezidenti Qitanas Nauseda deyib ki, o, bir sıra Aİ ölkələrinin “ərzaq təhlükəsizliyi bəhanəsi ilə” Rusiyaya qarşı sanksiyaları yumşaltmaq “cəhdlərindən” narahatdır. Dekabrın 12-də ittifaq ölkələrinin xarici işlər nazirlərinin görüşündə yeni sanksiyalar paketinin təsdiqlənəcəyi gözlənsə də, bir sıra məsələlərdə davam edən fikir ayrılıqları səbəbindən yeni sanksiyalar razılaşdırılmayıb. İndi Aİ birlik ölkələrinin dekabrın 15-16-da keçiriləcək sammitinə qədər razılığa gəlməyə çalışır. Xatırladaq ki, dekabrın 7-də Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı təkliflər təqdim etmişdi. Sanksiyalar Rusiya Federasiyasının energetika sektoruna qarşı əlavə tədbirləri, o cümlədən mədənçıxarma sənayesinə sərmayə qoyuluşunu, Rusiyaya dronların ixracına qadağa qoymağı, o cümlədən, xüsusilə ikili təyinatlı mallar üçün ixrac məhdudiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Fiziki şəxslər və təşkilatlar da daxil olmaqla 200-ə yaxın şəxsə qarşı şəxsi sanksiyaların tətbiqi planlaşdırılır. Söhbət hərbçilərdən, hərbi sənaye kompleksinin müəssisələrindən, Dövlət Dumasının və Federasiya Şurasının üzvlərindən, nazirlərdən, siyasi partiyalardan, regionların rəhbərlərindən gedir. Gözlənilir ki, dörd telekanal və üç bank, o cümlədən Ümumrusiya Regional İnkişaf Bankı məhdudiyyətlər altına düşəcək. Aİ Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqini artırıb və artıq ardıcıl olaraq həm fiziki şəxslər, həm də iqtisadi məhdudlaşdırıcı tədbirləri əhatə edən səkkiz sanksiya paketi tətbiq edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516509_7:0:2062:1541_1920x0_80_0_0_cd49504cf7a5b168c5c4789ac7d84d35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, sanksiya
Aİ ölkələri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir
17:18 15.12.2022 (Yenilənib: 17:47 15.12.2022) Dekabrın 12-də ittifaq ölkələrinin xarici işlər nazirlərinin görüşündə yeni sanksiyalar paketinin təsdiqlənəcəyi gözlənsə də, bir sıra məsələlərdə davam edən fikir ayrılıqları səbəbindən yeni sanksiyalar razılaşdırılmayıb.
BAKI, 15 dekabr — Sputnik. Aİ ölkələri yenidən Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Bu barədə “Reuters” yazır və qeyd edir ki, Polşa və bir sıra digər Avropa ölkələrinin hələ də etirazları var.
Litva prezidenti Qitanas Nauseda deyib ki, o, bir sıra Aİ ölkələrinin “ərzaq təhlükəsizliyi bəhanəsi ilə” Rusiyaya qarşı sanksiyaları yumşaltmaq “cəhdlərindən” narahatdır.
Dekabrın 12-də ittifaq ölkələrinin xarici işlər nazirlərinin görüşündə yeni sanksiyalar paketinin təsdiqlənəcəyi gözlənsə də, bir sıra məsələlərdə davam edən fikir ayrılıqları səbəbindən yeni sanksiyalar razılaşdırılmayıb. İndi Aİ birlik ölkələrinin dekabrın 15-16-da keçiriləcək sammitinə qədər razılığa gəlməyə çalışır.
Xatırladaq ki, dekabrın 7-də Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı təkliflər təqdim etmişdi. Sanksiyalar Rusiya Federasiyasının energetika sektoruna qarşı əlavə tədbirləri, o cümlədən mədənçıxarma sənayesinə sərmayə qoyuluşunu, Rusiyaya dronların ixracına qadağa qoymağı, o cümlədən, xüsusilə ikili təyinatlı mallar üçün ixrac məhdudiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.
Fiziki şəxslər və təşkilatlar da daxil olmaqla 200-ə yaxın şəxsə qarşı şəxsi sanksiyaların tətbiqi planlaşdırılır. Söhbət hərbçilərdən, hərbi sənaye kompleksinin müəssisələrindən, Dövlət Dumasının və Federasiya Şurasının üzvlərindən, nazirlərdən, siyasi partiyalardan, regionların rəhbərlərindən gedir. Gözlənilir ki, dörd telekanal və üç bank, o cümlədən Ümumrusiya Regional İnkişaf Bankı məhdudiyyətlər altına düşəcək.
Aİ Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqini artırıb və artıq ardıcıl olaraq həm fiziki şəxslər, həm də iqtisadi məhdudlaşdırıcı tədbirləri əhatə edən səkkiz sanksiya paketi tətbiq edib.