Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin ilin sonunadək görüşü istisna deyil - Peskov

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidMDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü, arxiv şəkli
MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü nəzərdə tutulub.
BAKI, 14 dekabr — Sputnik. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü hələ razılaşdırılmayıb. Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. Eyni zamanda, bildiyiniz kimi, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü nəzərdə tutulub. Burada ən azı üç nəfərin danışmaq imkanı olacaq”, – deyə Peskov bildirib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin iştirakı ilə üçtərəfli sammit keçirilib. Danışıqların yekunu üzrə birgə bəyanat qəbul edilib.
Xəbər lenti
0