https://sputnik.az/20221214/rusiya-2022-ci-ilin-aprelinden-neft-ixracini-maksimuma-catdirib-449631684.html
Rusiya 2022-ci ilin aprelindən neft ixracını maksimuma çatdırıb
Rusiya 2022-ci ilin aprelindən neft ixracını maksimuma çatdırıb
Sputnik Azərbaycan
Eyni zamanda, noyabrda Rusiyanın neft satışından gəlirləri 700 milyon dollar azalıb. 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T22:00+0400
2022-12-14T22:00+0400
2022-12-14T22:00+0400
neft
rusiya
beynəlxalq enerji agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437706343_0:0:3089:1739_1920x0_80_0_0_b406573a49a21af9974b2d473a33a665.jpg
BAKI, 14 dekabr — Sputnik. Rusiya bu ilin aprel ayından etibarən noyabrda neft və neft məhsullarının ixracını maksimuma çatdırıb. İxrac həcmi sutkada 8,1 milyon barrelə çatıb. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, artım sutkada 270 min barel təşkil edib. Eyni zamanda, agentliyin hesabatına görə, Rusiyanın neft satışından əldə etdiyi gəlir noyabrda 700 milyon dollar azalaraq 15,8 milyard dollar olub. Buna qiymətlərin aşağı düşməsi və Rusiya neftinə diskontun artması səbəb olub. BEA-da həmçinin bildirilib ki, Hindistanda ixrac sutkada 1,3 milyon barel olaraq yeni maksimuma çatıb. Bundan əlavə, neft məhsullarının, əsasən də dizel yanacağının tədarük həcmi artıb. Bu yaxınlarda məlum olub ki, Avropa şirkətləri neft idxalına embarqo tətbiq olunmazdan əvvəl Rusiya dizel yanacağının alışını artırıblar. Ötən həftənin sonunda Rusiyanın "Urals" markalı neftinin qiyməti bir barel üçün 43,72 dollara düşüb. Xatırladaq ki, Rusiya prezidenti ölkənin neftinə yüksək qiymət həddinin tətbiqi ilə əlaqədar büdcənin itkilərini istisna edib. Dövlət başçısı izah edib ki, təklif olunan limit Rusiya Federasiyasının xammal satdığı qiymətlərə uyğundur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437706343_188:0:2919:2048_1920x0_80_0_0_be5be8e61651eaff1f9d11a113bc2a0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, beynəlxalq enerji agentliyi
neft, beynəlxalq enerji agentliyi
Rusiya 2022-ci ilin aprelindən neft ixracını maksimuma çatdırıb
Eyni zamanda, noyabrda Rusiyanın neft satışından gəlirləri 700 milyon dollar azalıb.
BAKI, 14 dekabr — Sputnik. Rusiya bu ilin aprel ayından etibarən noyabrda neft və neft məhsullarının ixracını maksimuma çatdırıb. İxrac həcmi sutkada 8,1 milyon barrelə çatıb. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, artım sutkada 270 min barel təşkil edib.
Eyni zamanda, agentliyin hesabatına görə, Rusiyanın neft satışından əldə etdiyi gəlir noyabrda 700 milyon dollar azalaraq 15,8 milyard dollar olub. Buna qiymətlərin aşağı düşməsi və Rusiya neftinə diskontun artması səbəb olub.
BEA-da həmçinin bildirilib ki, Hindistanda ixrac sutkada 1,3 milyon barel olaraq yeni maksimuma çatıb. Bundan əlavə, neft məhsullarının, əsasən də dizel yanacağının tədarük həcmi artıb.
Bu yaxınlarda məlum olub ki, Avropa şirkətləri neft idxalına embarqo tətbiq olunmazdan əvvəl Rusiya dizel yanacağının alışını artırıblar.
Ötən həftənin sonunda Rusiyanın "Urals" markalı neftinin qiyməti bir barel üçün 43,72 dollara düşüb.
Xatırladaq ki, Rusiya prezidenti ölkənin neftinə yüksək qiymət həddinin tətbiqi ilə əlaqədar büdcənin itkilərini istisna edib. Dövlət başçısı izah edib ki, təklif olunan limit Rusiya Federasiyasının xammal satdığı qiymətlərə uyğundur.