https://sputnik.az/20221214/putin-2022-ci-ilin-sonunadek-rusiyanin-yeni-regionlarinin-rehberleri-ile-gorusecek-449633130.html
Putin 2022-ci ilin sonunadək Rusiyanın yeni regionlarının rəhbərləri ilə görüşəcək
Putin 2022-ci ilin sonunadək Rusiyanın yeni regionlarının rəhbərləri ilə görüşəcək
Sputnik Azərbaycan
Peskov prezidentin Federal Məclisə müraciətinin mümkün vaxtı ilə bağlı bəyanatları "qəhvə ilə fala baxmaq" adlandırıb. 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T22:16+0400
2022-12-14T22:16+0400
2022-12-14T22:16+0400
putin
rusiya
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447999635_0:0:3117:1754_1920x0_80_0_0_fec18aa60d5702e723489a3f6e337084.jpg
BAKI, 14 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu ilin sonuna qədər Rusiyanın yeni regionlarının rəhbərləri ilə görüşəcək. Bu barədə danışarkən dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, tarix artıq məlumdur, lakin daha sonra açıqlanacaq. "Bu planlaşdırılıb", - deyə Kremlin sözçüsü Rusiya prezidentinin ilin sonunadək ölkənin yeni regionlarının rəhbərləri ilə görüş keçirmək planlarını şərh edərkən bildirib. Sözügedən görüşün tarixinin artıq məlum olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov müsbət cavab verib və Kremlin "bu barədə vaxtında məlumat verəcəyini" vurğulayıb. Həmçinin Peskov prezidentin Federal Məclisə müraciətinin mümkün vaxtı ilə bağlı bəyanatları "qəhvə ilə fala baxmaq" adlandırıb. Qeyd edib ki, dövlət başçısı bəyanatı yazılı şəkildə də göndərə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447999635_187:0:2918:2048_1920x0_80_0_0_adbc300cc9f772b4cb0526088890f01b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
putin, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Putin 2022-ci ilin sonunadək Rusiyanın yeni regionlarının rəhbərləri ilə görüşəcək
Peskov prezidentin Federal Məclisə müraciətinin mümkün vaxtı ilə bağlı bəyanatları "qəhvə ilə fala baxmaq" adlandırıb.
BAKI, 14 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu ilin sonuna qədər Rusiyanın yeni regionlarının rəhbərləri ilə görüşəcək. Bu barədə danışarkən dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, tarix artıq məlumdur, lakin daha sonra açıqlanacaq.
"Bu planlaşdırılıb", - deyə Kremlin sözçüsü Rusiya prezidentinin ilin sonunadək ölkənin yeni regionlarının rəhbərləri ilə görüş keçirmək planlarını şərh edərkən bildirib.
Sözügedən görüşün tarixinin artıq məlum olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov müsbət cavab verib və Kremlin "bu barədə vaxtında məlumat verəcəyini" vurğulayıb.
Həmçinin Peskov prezidentin Federal Məclisə müraciətinin mümkün vaxtı ilə bağlı bəyanatları "qəhvə ilə fala baxmaq" adlandırıb. Qeyd edib ki, dövlət başçısı bəyanatı yazılı şəkildə də göndərə bilər.