https://sputnik.az/20221214/bakida-yeriyen-tehluke-uberin-narkotik-satan-yeddi-surucusu-saxlanilib---vdeo-449615150.html
Bakıda yeriyən təhlükə: "Uber"in narkotik satan yeddi sürücüsü saxlanılıb - VİDEO
Bakıda yeriyən təhlükə: "Uber"in narkotik satan yeddi sürücüsü saxlanılıb - VİDEO
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakıda "Uber" taksi şirkətinin narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən 7... 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T12:15+0400
2022-12-14T12:15+0400
2022-12-14T12:15+0400
uber
paytaxt xəbərləri
narkotik
narkotik vasitələr
taksi sürücüsü
https://cdnn1.img.sputnik.az/img/41068/99/410689978_0:11:2001:1136_1920x0_80_0_0_a1fe1cc542b8f79498b1973f50f6ad09.jpg
BAKI, 14 dekabr — Sputnik. Bakıda "Uber" taksi şirkətinin narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən 7 sürücüsü tutulub.Bu barədə DİN-dən məlumat verilib.Məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən, əvvəllər məhkum olunmuş "Uber" taksi şirkətinin sürücüsü Anar Kəlbiyev qısa zamanda ifşa edilərək saxlanılıb. Onun üzərindən, avtomobilindən və Abşeron rayonunda yaşadığı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar olunub. İlkin sorğu zamanı Anar Kəlbiyev narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədilə Bakı şəhərinə gətirdiyini bildirib. Onun bu məqsədlə xaricdə yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə mütəmadi olaraq əlaqə saxladığı da həyata keçirilən texniki tədbirlərlə sübuta yetirilib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Anar Kəlbiyev barəsində həbs qətimkan tədbiri seçilib.Qeyd edilib ki, Baş İdarə əməkdaşları tərəfindən son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan "Uber" taksi şirkətinin ümumilikdə 7 sürücüsü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub. Bu şəxslərin daxil olduqları şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41068/99/410689978_155:0:1808:1240_1920x0_80_0_0_0086e562a4f00a54f2995f802db4a180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uber, narkotik, narkotik vasitələr, taksi sürücüsü
uber, narkotik, narkotik vasitələr, taksi sürücüsü
Bakıda yeriyən təhlükə: "Uber"in narkotik satan yeddi sürücüsü saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakıda "Uber" taksi şirkətinin narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən 7 sürücüsünü saxlayıb.
BAKI, 14 dekabr — Sputnik. Bakıda "Uber" taksi şirkətinin narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən 7 sürücüsü tutulub.
Bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən, əvvəllər məhkum olunmuş "Uber" taksi şirkətinin sürücüsü Anar Kəlbiyev qısa zamanda ifşa edilərək saxlanılıb.
Onun üzərindən, avtomobilindən və Abşeron rayonunda yaşadığı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar olunub. İlkin sorğu zamanı Anar Kəlbiyev narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədilə Bakı şəhərinə gətirdiyini bildirib. Onun bu məqsədlə xaricdə yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə mütəmadi olaraq əlaqə saxladığı da həyata keçirilən texniki tədbirlərlə sübuta yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Anar Kəlbiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, Baş İdarə əməkdaşları tərəfindən son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan "Uber" taksi şirkətinin ümumilikdə 7 sürücüsü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub. Bu şəxslərin daxil olduqları şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.