Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdiriləcək

© Sputnik / Murad OrujovBakıda nəqliyyatın hərəkəti
Bakıda nəqliyyatın hərəkəti - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdiriləcək.
BAKI, 14 dekabr — Sputnik. Sabah Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, dəyişikliyin səbəbi paytaxtın Binəqədi rayonu ərazisində - "Baksol" yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsidir.
Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətti üzrə avtobusların hərəkəti "Azadlıq prospekti" metro stansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək.
Xəbər lenti
0