Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyəli nazirdən "Türk axını" açıqlaması

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimində
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimində - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
"Türk axını" hazırda Rusiya qazının Avropa bazarına fasiləsiz tədarükü üçün yeganə marşrut olaraq qalır.
BAKI, 13 dekabr — Sputnik. "Türk axını" boru kəməri tam gücü ilə işləyir. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
"Türk axını" hazırda Rusiya qazının Avropa bazarına fasiləsiz tədarükü üçün yeganə marşrut olaraq qalır. Bu, layihə gücü ildə 31,5 milyard kubmetr qaz olan Rusiyadan Türkiyəyə Qara dəniz vasitəsilə çəkilən qaz kəməridir. Qaz bu kəmər vasitəsilə Türkiyəyə, tranzit olaraq Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə çatdırılır.
Rusiya prezidenti Vladimir Putin oktyabr ayında Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi iclasında Kiyev rejiminin "Türk axını" qaz nəqli sisteminin bölmələrindən birini partlatmağa cəhd etdiyini bildirib. Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın daha sonra bildirib ki, Ankara və Moskva qaz kəmərinin təhlükəsizliyi ilə bağlı əlaqə saxlayırlar.
Noyabrın sonunda Rusiya Federasiyasının FTX-si Ukrayna xüsusi xidmət orqanlarının Volqoqrad vilayətində qazın Türkiyə və Avropaya nəql olunduğu qaz kəmərində təxribat törətmək cəhdinin qarşısı alındığını bildirib.
Xəbər lenti
0