Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın 11 hava limanına uçuşların məhdudlaşdırılması dekabrın 21-dək uzadılıb

© Sputnik / Ilya Naymushin / Mediabanka keçid"Aeroflot" təyyarələri
Aeroflot təyyarələri - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
Ölkənin cənubunda uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən qüvvədədir.
BAKI, 13 dekabr — Sputnik. Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimi dekabrın 21-dək uzadılıb.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi xəbər verir.
"Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşlara məhdudiyyətlər rejimi 2022-ci il dekabrın 21-dək uzadılıb", - deyə məlumatda qeyd olunur.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
Xatırladaq ki, Rusiyanın cənubunda uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən qüvvədədir.
Xəbər lenti
0