Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan Azərbaycana 19 ton balıq və balıq məhsulları gətirilib

© Sputnik / Murad Orujov"8-ci km" bazarında balıq satışı
8-ci km bazarında balıq satışı - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
İxrac olunan məhsul baytarlıq-sanitar baxımından təhlükəsiz hesab edilib.
BAKI, 13 dekabr — Sputnik. Rusiya Federasiyasının Rostov vilayətindən Azərbaycana 19 ton balıq və balıq məhsulları ixrac edilib. Sputnik Azərbaycan Rusiya Baytarlıq və fitosanitar nəzarət üzrə federal xidmətinin ("Rosselxoznadzor") mətbuat xidmətinə istinadla xəbər verir ki, dekabrın 5-dən 12-dək olan dövrdə "Taqanroqski" (Rostov vilayəti) baytarlıq qeydiyyatı məntəqəsində Azərbaycana ixrac üçün nəzərdə tutulan 19 ton dondurulmuş balığa baytarlıq nəzarəti aparılıb.
Dövlət baytarlıq nəzarəti altında olan məhsulun ixracını həyata keçirən müəssisələr idxalçı ölkənin tələblərinə müvafiq olaraq baytarlıq-sanitar müayinəsi keçən Rusiya müəssisələrinin siyahısına daxil edilib.
İxrac olunan məhsul baytarlıq-sanitar baxımından təhlükəsiz hesab edilib. Onun keyfiyyəti və təhlükəsizliyi "Rosselxoznadzor"un Rostov Referent mərkəzində və akkreditə olunmuş digər laboratoriyalarda aparılan tədqiqatlarda təsdiqlənib.
© Sputnik / Виталий ТимкивRusiya Baytarlıq və fitosanitar nəzarət üzrə federal xidmətinin ("Rosselxoznadzor") döş nişanı
Значок сотрудника Россельхознадзора - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Rusiya Baytarlıq və fitosanitar nəzarət üzrə federal xidmətinin ("Rosselxoznadzor") döş nişanı
Nəzarət altında olan məhsulun Rusiya ərazisindən çıxarılmasına icazə "Rosselxoznadzor" tərəfindən "Arqus" avtomatlaşdırılmış sistemi vasitəsilə verilib.
Xatırladaq ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi kəskin artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 538 milyon 206 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çoxdur.
Bu ilin 9 ayında Azərbaycan Rusiyadan 1 milyard 910 milyon 699 min dollarlıq məhsul idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz çoxdur. Azərbaycanın ümumi idxalının 18,56 faizi Rusiyanın payına düşüb. Ötən dövrdə Azərbaycana ən çox Rusiyadan mal idxal edilib.
Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı isə 627 milyon 507 min dollar təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox deməkdir. Ölkəmizin ümumi ixracının 2,13 faizi Rusiyanın payına düşüb.
2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12,1 faiz artaraq 2 milyard 995 milyon 131 min dollara çatıb. Keçən il də Azərbaycana ən çox mal Rusiyadan gətirilib.
Xəbər lenti
0