Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya tarixinin və folklorunun qəhrəmanlarıpopulyarlaşdırılmalıdır – Putin

© Sputnik / Mikhail Metzel / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinə rus tarixi və folklor qəhrəmanlarının populyarlaşdırılmasına yönəlmiş tədbirlər görülməsi barədə tapşırıq verib.
BAKI, 13 dekabr — Sputnik. RF Prezidenti Vladimir Putin ölkənin Nazirlər Kabinetinə Rusiya tarixinin və folklorunun qəhrəmanlarının populyarlaşdırılması, o cümlədən onların şəkillərinin suvenirlərdə istifadə edilməsi üçün tədbirlər görməyi tapşırıb. Bu barədə Kremlin saytı xəbər verir.
Sərəncamda deyilir:
"Rusiya Federasiyası Hökuməti ənənəvi dəyərlərə cavab verən Rusiya tarixi və folklor qəhrəmanlarının populyarlaşdırılmasına yönəlmiş tədbirlər görməli, o cümlədən təsviri sənət, çap, suvenir və digər təkrar istehsal edilən məhsulların və istehlak mallarının istehsalında bu qəhrəmanların təsvirlərindən istifadə etməlidir".
Sərəncamın icrasına məsul şəxs baş nazir Mixail Mişustin təyin edilib. İcranın son tarixi - 15 may 2023-cü ildir.
Xəbər lenti
0