https://sputnik.az/20221213/qizilbulaqdan-qanunsuz-istifadeye-gore-mehkemeye-muraciet-edilecek---britaniya-sirketi-449589148.html
"Qızılbulaq"dan qanunsuz istifadəyə görə məhkəməyə müraciət ediləcək - Britaniya şirkəti
"Qızılbulaq"dan qanunsuz istifadəyə görə məhkəməyə müraciət ediləcək - Britaniya şirkəti
Sputnik Azərbaycan
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Qızılbulaq" yatağından qanunsuz istifadə ilə... 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T16:50+0400
2022-12-13T16:50+0400
2022-12-13T16:50+0400
qarabağ
mədən
qızıl
britaniya
şirkət
məhkəmə
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_0:107:2596:1567_1920x0_80_0_0_b440bbaecbbc3303d44ca90a1628bb49.jpg
BAKI, 13 dekabr — Sputnik. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Qızılbulaq" yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edə bilər.Bunu "APA-Economics"ə "Anglo-Asian Mining Plc." şirkətinin maliyyə direktoru İlham Xəlilov deyib.O bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə beynəlxalq məhkəməyə müraciət edilməsi nəzərdə tutulur: "Bununla bağlı Azərbaycan hökumətinin, yoxsa birbaşa "Anglo-Asian Mining"in iş qaldıracağı hələlik dəqiqləşməyib. Eyni zamanda, ziyanın həcmi ilə bağlı dəqiqləşmələr aparılmalıdır. Amma hələlik orada araşdırma aparılmasına imkan verilmir".İ.Xəlilov əlavə edib ki, siyasi məsələlər öz həllini tapdıqdan sonra şirkət "Qızılbulaq" və onun yuxarı hissəsində yerləşən "Dəmirli" müqavilə sahəsində kəşfiyyat işlərinə başlayacaq.Qeyd edək ki, "Qızılbulaq" Müqavilə Sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi "Dəmirli" mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair məlumatlar var. Qızılın yerin səthindən çıxarılması ciddi ekoloji və digər törəmə fəsadlar yaradır.Prezidentin köməkçisi: "Qızılbulaq" yatağından qanunsuz istifadə dayandırılmalıdırAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XİN-in inzibati binasında diplomatik korpusla görüş zamanı bildirib:“Sizi Şuşa-Laçın yolundakı son vəziyyət, real vəziyyət barədə məlumatlandırmaq istəyirik. Çünki lazımsız propaqanda və yanlış məlumatların yayıldığını görürük”.Hikmət Hacıyev deyib ki, işğal dövründə Azərbaycanın ətraf mühitinə ziyan dəyib, təbii resursları qanunsuz şəkildə istismar olunub və bu, indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə olunur.Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bunu nəzərə alaraq Rusiya sülhməramlılarının rəhbərliyi ilə görüşüb ərazidə monitorinq aparmaq istəsələr də onlara əraziyə baxış keçirməyə imkan verilməyib. Ötən gündən etibarən isə eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər.Məlumat üçün deyək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. "Qızılbulaq" da müqaviləyə daxil edilən yataqlardan biridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_388:0:2596:1656_1920x0_80_0_0_2b42436cf1e7cae55258801de5eaedaf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mədən, qızıl, britaniya, şirkət, məhkəmə
mədən, qızıl, britaniya, şirkət, məhkəmə
"Qızılbulaq"dan qanunsuz istifadəyə görə məhkəməyə müraciət ediləcək - Britaniya şirkəti
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Qızılbulaq" yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edə bilər - Şirkətin maliyyə direktoru
BAKI, 13 dekabr — Sputnik. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Qızılbulaq" yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edə bilər.
Bunu "APA-Economics"ə "Anglo-Asian Mining Plc." şirkətinin maliyyə direktoru İlham Xəlilov deyib.
O bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə beynəlxalq məhkəməyə müraciət edilməsi nəzərdə tutulur: "Bununla bağlı Azərbaycan hökumətinin, yoxsa birbaşa "Anglo-Asian Mining"in iş qaldıracağı hələlik dəqiqləşməyib. Eyni zamanda, ziyanın həcmi ilə bağlı dəqiqləşmələr aparılmalıdır. Amma hələlik orada araşdırma aparılmasına imkan verilmir".
İ.Xəlilov əlavə edib ki, siyasi məsələlər öz həllini tapdıqdan sonra şirkət "Qızılbulaq" və onun yuxarı hissəsində yerləşən "Dəmirli" müqavilə sahəsində kəşfiyyat işlərinə başlayacaq.
Qeyd edək ki, "Qızılbulaq" Müqavilə Sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi "Dəmirli" mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair məlumatlar var. Qızılın yerin səthindən çıxarılması ciddi ekoloji və digər törəmə fəsadlar yaradır.
Prezidentin köməkçisi: "Qızılbulaq" yatağından qanunsuz istifadə dayandırılmalıdır
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XİN-in inzibati binasında diplomatik korpusla görüş zamanı bildirib:
“Sizi Şuşa-Laçın yolundakı son vəziyyət, real vəziyyət barədə məlumatlandırmaq istəyirik. Çünki lazımsız propaqanda və yanlış məlumatların yayıldığını görürük”.
Hikmət Hacıyev deyib ki, işğal dövründə Azərbaycanın ətraf mühitinə ziyan dəyib, təbii resursları qanunsuz şəkildə istismar olunub və bu, indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə olunur.
"Biz "Qızılbulaq" yatağında qeyri-qanuni istismarın intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların "Qızılbulaq"da monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır", – deyə Hikmət Hacıyev vurğulayıb.
Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bunu nəzərə alaraq Rusiya sülhməramlılarının rəhbərliyi ilə görüşüb ərazidə monitorinq aparmaq istəsələr də onlara əraziyə baxış keçirməyə imkan verilməyib. Ötən gündən etibarən isə eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər.
Məlumat üçün deyək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. "Qızılbulaq" da müqaviləyə daxil edilən yataqlardan biridir.