Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hindistan və Çin arasında gərginliyin qarşısının alınacağına ümid edirik - Rudenko

© Sputnik / Nina Zotina / Mediabanka keçidRusiya xarici işlər nazirinin müavini Andrey Rudenko
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
Bundan əvvəl Hindistan Müdafiə Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib ki, bir neçə gün əvvəl Arunaçal-Pradeş ştatında Çin hərbçiləri ilə toqquşma zamanı azı 6 hindistanlı əsgər yaralanıb.
BAKI, 13 dekabr — Sputnik. Moskva son insidentlərdən sonra HindistanÇin arasında sərhəddə ciddi eskalasiyanın qarşısının alınacağını gözləyir. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Ümid edirik ki, bu eskalasiyanın qarşısını almaq olar", - Rudenko "Valday" Diskussiya Klubu çərçivəsində jurnalistlərə deyib.
Bundan əvvəl Hindistan Müdafiə Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib ki, bir neçə gün əvvəl Arunaçal-Pradeş ştatında Çin hərbçiləri ilə toqquşma zamanı azı 6 hindistanlı əsgər yaralanıb.
O, iki ölkənin hərbçiləri arasında toqquşmanın dekabrın 9-da Tavanq sektorunda baş verdiyini təsdiqləyib və həmçinin bildirib ki, insidentdən sonra Hindistan və Çin ordu komandanlığının nümayəndələri cəbhə xəttində sülh və əmin-amanlığın bərpası üçün görüş keçiriblər.
2020-ci ilin may ayında Ladax sərhəd bölgəsindəki Qalvan vadisində Çin qüvvələri ilə şiddətli toqquşmalarda 20 hindistanlı əsgərin öldüyü və daha bir neçəsinin yaralandığı toqquşmadan sonra bu, ilk hadisədir.
Xəbər lenti
0