https://sputnik.az/20221213/bakida-taksilerle-bagli-yenilikler-olacaq-449559132.html
Bakıda taksilərlə bağlı yeniliklər olacaq
Bakıda taksilərlə bağlı yeniliklər olacaq
Sputnik Azərbaycan
Mais Ağayev bildirdi ki, taksilərlə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi köhnə qərar yenə də qüvvədədir. 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T09:31+0400
2022-12-13T09:31+0400
2022-12-13T10:41+0400
paytaxt xəbərləri
taksi
bakı
https://cdnn1.img.sputnik.az/img/42214/26/422142691_0:0:1909:1073_1920x0_80_0_0_ccbeb818d6cbf001202f2c234ca39d93.jpg
BAKI, 13 dekabr — Sputnik. Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeniliklər gözlənilir. Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda vahid taksi xidmətinin olması planlaşdırılmasa da, vahid standartlar əsasında, vahid tələblər əsasında taksi xidmətinin qurulması və bununla bağlı bütün şirkətlər üçün vahid norma və standartlar olmalıdır: "Məqsədimiz budur ki, bügünkü gündə bu fəaliyyətlə məşğul olan taksilər icazə sistemində qeydiyyatdan keçmədən fəaliyyət göstərməsin. İcazə sisteminin olması və tələblərin qoyulması avtomobilin vəziyyəti, sürücülərin iş saatının hətta fundamentini qurur".R. Hümbətovun sözlərinə görə, Bakıda qanunsuz sərnişindaşımanın səbəbi icazə sisteminin, fərqlənmə nişanının olmamasıdır. O, bildirib ki, hazırda fərqlənmə nişanı Bakı şəhəri üzrə 20% təşkil edir. "Diqqət etsək avtomobillərin, sürücülərin tələb olunan standartlara cavab verməməsini görürük. Dünyada icazə və lisenziyanın olmadığı şəhər yoxdur. İcazənin əhəmiyyəti ondan ibarətdir ki, bu fəaliyyətlə məşğul olması üçün müəyyən tələblər olur, bu tələblərə cavab verən şəxslər icazəni aldıqdan sonra fəaliyyət göstərirlər. Fəaliyyətdə olan taksilərə baxsaq əksəriyyəti bu tələblərə cavab vermir. Buna nəzarət etmək üçün qanunvericilikdə dəyişiklik edilməsini gözləyirik. Bununla bağlı aidiyyatı nazirliklərlə bir ildir müzakirə aparılır. Çox böyük əhaliyə toxunduğu üçün yaxın vaxtlarda layihənin son variantını görə bilərik".Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə bağlı 2019-cu ildə Nazirlər Kabineti tərəfindən müvafiq sənəd qəbul olunub. Onun sözlərinə görə, bu sənəddə fərdi taksi ilə məşğul olanlar üçün müəyyən güzəştlər var. Amma ekspert bildirir ki, bu sənəd qəbul olduqdan sonra pandemiya dövrü olduğundan taksilərlə bağlı tələblərə nəzarət tam təmin olunmadı: "Çünki, həmin dövrdə işsizlik vardı. Ona görə vətəndaşlara sərt qadağalar tətbiq edilmədi. Amma bu gün taksi xidmətinin liberal olmasından istifadə edən taksi şirkəti və fərdi şəxslər var. Sərnişinlərin əksəriyyəti taksidə qeyri peşəkarlıqdan şikayətlənirlər. Qeyri-nağd ödəmələr taksi sürücüləri tərəfindən qəbul edilmir. Taksi kimi fəaliyyət göstyərən avtomobilərin çoxu tələblərə cavab vermir".E. Cəfərov bildirdi ki, hazırda taksi xidmətində taksi şirkətləri, taksi operatorları və şəxski avtomobili ilə taksi xidməti göstərənlər fəaliyyət göstərir. E. Cəfərov fərdi qaydada taksi ilə məşğul olanalara nəzarət etməyin mümkün olmayacağını söyləyir. Onun sözlərinə görə, bu gün taksilərə fərqlənmə nişanı verən mexanizm olsa da bu sistem tam işləmir: "Yeni sistemin isə taksi fəaliyyətini nəqdər yaxşılaşdıracağı hələ məlum deyil".Ekspert taksilərin sayının azalmasının da hələlik çıxış yolu olmadığı qənaətindədir. Onun sözlərinə görə, taksilərin sayı azaldığı təqdirdə ictimai nəqliyyatın sərnişin yükü artacaq. Həmçinin işiszlik problemi yaranacaq: "Bu gün avtobusların sayı və metro şəbəkəsi sərnişin yükünü daşıyacaq səviyyədə deyil. Ona görə taksi ilə bağlı yeni mexanizm hazırlanacaqsa ictimaiyyətə xəbər verilməlidir ki, sonra problem yaranmasın. Taksi ilə bağlı qərarlar qəbul edilərsə bu ictimai müzakirəyə çıxardılmalıdır".Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında qərarın 3-cü bəndi taksi fəaliyyətinə həsr edilib.Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobillərinə dair tələblərə görə, taksilər onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri kimi müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobilləri istifadə oluna bilər. Taksi minik avtomobilləri kimi Avropa İqtisadi Komissiyasının təsnifatına uyğun olaraq, "B" və daha yuxarı sinif minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. Taksi minik avtomobilləri "ABS" əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi , sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir. Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə "Taksi" sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaq-lılardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır. Həmçinin taksi minik avtomobilində Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi, onun loqosu, qısaldılmış adı və ya abreviaturası, habelə Agentliyin çağrı mərkəzinin nömrəsi olmalıdır. Eyniləşdirmə nömrəsi, loqo, qısaldılmış ad və ya abreviatura və çağrı mərkəzinin nömrəsi hər bir avtomobilin banında ön sağ və sol qapılarının üstündə yerləşdirilməlidir. Hərf və rəqəmlərin hündürlüyü 80 mm olmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi rəngdə olmalıdır. Taksi minik avtomobillərinin fərqləndirici nişanı göy-sarı və ya qara-ağ rəngdə olmalıdır. Fərqləndirici nişanlar trafaret üzrə və ya dekalkomaniya üsulu ilə çəkilməlidir. Taksi minik avtomobillərinin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında həmin avtomobilin boş və ya dolu olduğunu bildirən, müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan xüsusi işıq cihazı yerləşdirilə bilər. Taksi minik avtomobillərinin oturacağında, oturacaq üzlüyündə, döşəmə xalçasında və ya digər daxili hissəsində heç bir qüsur olmamalıdır. Ön və arxa oturacaqların üzərini örtmək üçün tikilmiş örtüklərin istifadəsinə icazə verilmir. Örtük kimi avtomobil yorğanlarının istifadəsinə icazə verilir. Salonun daxili bütövlükdə təmiz, səliqəli olmalı və xoşagəlməz qoxular olmamalıdır. Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri əks olunmuş lövhəasılmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobillərində, eləcə də beynəlxalq hava limanında sərnişindaşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.Təəssüf ki, taksi xidməti göstərən avtomobillərin çoxu bu tələblərə cavab vermir.Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bidirib ki, bu qərar bu gün də qüvvədədir. Sadəcə olaraq bunun inzibati tərəfi həll olunmalıdır: " Məsələnin inzibati tərəfi həll olunarsa, taksilərlə bağlı qaydalara tam əməl edilər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42214/26/422142691_219:0:1650:1073_1920x0_80_0_0_c5177be9f11e961864095f821fb7fc23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
taksi, bakı
Bakıda taksilərlə bağlı yeniliklər olacaq
09:31 13.12.2022 (Yenilənib: 10:41 13.12.2022) Mais Ağayev bildirdi ki, taksilərlə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi köhnə qərar yenə də qüvvədədir.
BAKI, 13 dekabr — Sputnik. Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeniliklər gözlənilir. Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda vahid taksi xidmətinin olması planlaşdırılmasa da, vahid standartlar əsasında, vahid tələblər əsasında taksi xidmətinin qurulması və bununla bağlı bütün şirkətlər üçün vahid norma və standartlar olmalıdır: "Məqsədimiz budur ki, bügünkü gündə bu fəaliyyətlə məşğul olan taksilər icazə sistemində qeydiyyatdan keçmədən fəaliyyət göstərməsin. İcazə sisteminin olması və tələblərin qoyulması avtomobilin vəziyyəti, sürücülərin iş saatının hətta fundamentini qurur".
R. Hümbətovun sözlərinə görə, Bakıda qanunsuz sərnişindaşımanın səbəbi icazə sisteminin, fərqlənmə nişanının olmamasıdır. O, bildirib ki, hazırda fərqlənmə nişanı Bakı şəhəri üzrə 20% təşkil edir. "Diqqət etsək avtomobillərin, sürücülərin tələb olunan standartlara cavab verməməsini görürük. Dünyada icazə və lisenziyanın olmadığı şəhər yoxdur. İcazənin əhəmiyyəti ondan ibarətdir ki, bu fəaliyyətlə məşğul olması üçün müəyyən tələblər olur, bu tələblərə cavab verən şəxslər icazəni aldıqdan sonra fəaliyyət göstərirlər. Fəaliyyətdə olan taksilərə baxsaq əksəriyyəti bu tələblərə cavab vermir. Buna nəzarət etmək üçün qanunvericilikdə dəyişiklik edilməsini gözləyirik. Bununla bağlı aidiyyatı nazirliklərlə bir ildir müzakirə aparılır. Çox böyük əhaliyə toxunduğu üçün yaxın vaxtlarda layihənin son variantını görə bilərik".
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə bağlı 2019-cu ildə Nazirlər Kabineti tərəfindən müvafiq sənəd qəbul olunub. Onun sözlərinə görə, bu sənəddə fərdi taksi ilə məşğul olanlar üçün müəyyən güzəştlər var. Amma ekspert bildirir ki, bu sənəd qəbul olduqdan sonra pandemiya dövrü olduğundan taksilərlə bağlı tələblərə nəzarət tam təmin olunmadı: "Çünki, həmin dövrdə işsizlik vardı. Ona görə vətəndaşlara sərt qadağalar tətbiq edilmədi. Amma bu gün taksi xidmətinin liberal olmasından istifadə edən taksi şirkəti və fərdi şəxslər var. Sərnişinlərin əksəriyyəti taksidə qeyri peşəkarlıqdan şikayətlənirlər. Qeyri-nağd ödəmələr taksi sürücüləri tərəfindən qəbul edilmir. Taksi kimi fəaliyyət göstyərən avtomobilərin çoxu tələblərə cavab vermir".
E. Cəfərov bildirdi ki, hazırda taksi xidmətində taksi şirkətləri, taksi operatorları və şəxski avtomobili ilə taksi xidməti göstərənlər fəaliyyət göstərir. E. Cəfərov fərdi qaydada taksi ilə məşğul olanalara nəzarət etməyin mümkün olmayacağını söyləyir. Onun sözlərinə görə, bu gün taksilərə fərqlənmə nişanı verən mexanizm olsa da bu sistem tam işləmir: "Yeni sistemin isə taksi fəaliyyətini nəqdər yaxşılaşdıracağı hələ məlum deyil".
Ekspert taksilərin sayının azalmasının da hələlik çıxış yolu olmadığı qənaətindədir. Onun sözlərinə görə, taksilərin sayı azaldığı təqdirdə ictimai nəqliyyatın sərnişin yükü artacaq. Həmçinin işiszlik problemi yaranacaq: "Bu gün avtobusların sayı və metro şəbəkəsi sərnişin yükünü daşıyacaq səviyyədə deyil. Ona görə taksi ilə bağlı yeni mexanizm hazırlanacaqsa ictimaiyyətə xəbər verilməlidir ki, sonra problem yaranmasın. Taksi ilə bağlı qərarlar qəbul edilərsə bu ictimai müzakirəyə çıxardılmalıdır".
Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında qərarın 3-cü bəndi taksi fəaliyyətinə həsr edilib.
Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobillərinə dair tələblərə görə, taksilər onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri kimi müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobilləri istifadə oluna bilər. Taksi minik avtomobilləri kimi Avropa İqtisadi Komissiyasının təsnifatına uyğun olaraq, "B" və daha yuxarı sinif minik avtomobilləri istifadə oluna bilər.
İkiqapılı fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. Taksi minik avtomobilləri "ABS" əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi , sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir.
Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə "Taksi" sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaq-lılardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır. Həmçinin taksi minik avtomobilində Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi, onun loqosu, qısaldılmış adı və ya abreviaturası, habelə Agentliyin çağrı mərkəzinin nömrəsi olmalıdır. Eyniləşdirmə nömrəsi, loqo, qısaldılmış ad və ya abreviatura və çağrı mərkəzinin nömrəsi hər bir avtomobilin banında ön sağ və sol qapılarının üstündə yerləşdirilməlidir. Hərf və rəqəmlərin hündürlüyü 80 mm olmalıdır.
Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi rəngdə olmalıdır. Taksi minik avtomobillərinin fərqləndirici nişanı göy-sarı və ya qara-ağ rəngdə olmalıdır. Fərqləndirici nişanlar trafaret üzrə və ya dekalkomaniya üsulu ilə çəkilməlidir. Taksi minik avtomobillərinin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında həmin avtomobilin boş və ya dolu olduğunu bildirən, müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan xüsusi işıq cihazı yerləşdirilə bilər. Taksi minik avtomobillərinin oturacağında, oturacaq üzlüyündə, döşəmə xalçasında və ya digər daxili hissəsində heç bir qüsur olmamalıdır.
Ön və arxa oturacaqların üzərini örtmək üçün tikilmiş örtüklərin istifadəsinə icazə verilmir. Örtük kimi avtomobil yorğanlarının istifadəsinə icazə verilir. Salonun daxili bütövlükdə təmiz, səliqəli olmalı və xoşagəlməz qoxular olmamalıdır. Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri əks olunmuş lövhəasılmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobillərində, eləcə də beynəlxalq hava limanında sərnişindaşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.
Təəssüf ki, taksi xidməti göstərən avtomobillərin çoxu bu tələblərə cavab vermir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bidirib ki, bu qərar bu gün də qüvvədədir. Sadəcə olaraq bunun inzibati tərəfi həll olunmalıdır: " Məsələnin inzibati tərəfi həll olunarsa, taksilərlə bağlı qaydalara tam əməl edilər".