https://sputnik.az/20221213/azpetrolun-yeni-yanacaqdoldurma-menteqesi-istifadeye-verilib-449566515.html
“Azpetrol”un yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
“Azpetrol”un yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Sputnik Azərbaycan
Yeni məntəqənin avtopark ərazisində quraşdırılmasında məqsəd paytaxtın sərnişindaşıma prosesində iştirak edən "Xaliq Faiqoğlu" MMC-yə məxsus avtobusların dizel... 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T10:56+0400
2022-12-13T10:56+0400
2022-12-13T10:56+0400
paytaxt xəbərləri
azpetrol
yanacaqdoldurma məntəqəsi
azərbaycan
yasamal
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449566710_0:38:700:432_1920x0_80_0_0_a4b6667f76c636df0dc5cdc01beb1087.png
BAKI, 13 dekabr — Sputnik. Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir.“Azpetrol”dan verilən məlumata görə, bu gün "Azpetrol" şirkəti sayca 98-ci və növbəti modul tipli yanacaqdoldurma məntəqəsini "Xaliq Faiqoğlu" MMC-nin avtobus bazasının ərazisində istismara verib.Yeni "Yasamal Avtopark-2" yanacaqdoldurma məntəqəsinin avtopark ərazisində quraşdırılmasında məqsəd paytaxtın sərnişindaşıma prosesində iştirak edən "Xaliq Faiqoğlu" MMC-yə məxsus avtobusların dizel yanacağına olan tələbatının ödənilməsindən ibarətdir. Yeni məntəqədə 2 yanacaq pompası quraşdırılıb və 6 yeni iş yerinin yaradılması təmin edilib.Xatırladaq ki, "Azpetrol" şirkətin ilk yanacaqdoldurma məntəqəsi - "Spartak" 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb."Azpetrol" şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 98 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur.Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449566710_38:0:662:468_1920x0_80_0_0_55fd8dfd6d748e6c16d0c8ed12b83345.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azpetrol, yanacaqdoldurma məntəqəsi, azərbaycan, yasamal
azpetrol, yanacaqdoldurma məntəqəsi, azərbaycan, yasamal
“Azpetrol”un yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Yeni məntəqənin avtopark ərazisində quraşdırılmasında məqsəd paytaxtın sərnişindaşıma prosesində iştirak edən "Xaliq Faiqoğlu" MMC-yə məxsus avtobusların dizel yanacağına olan tələbatının ödənilməsidir
BAKI, 13 dekabr — Sputnik. Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir.
“Azpetrol”dan verilən məlumata görə, bu gün "Azpetrol" şirkəti sayca 98-ci və növbəti modul tipli yanacaqdoldurma məntəqəsini "Xaliq Faiqoğlu" MMC-nin avtobus bazasının ərazisində istismara verib.
Yeni "Yasamal Avtopark-2" yanacaqdoldurma məntəqəsinin avtopark ərazisində quraşdırılmasında məqsəd paytaxtın sərnişindaşıma prosesində iştirak edən "Xaliq Faiqoğlu" MMC-yə məxsus avtobusların dizel yanacağına olan tələbatının ödənilməsindən ibarətdir. Yeni məntəqədə 2 yanacaq pompası quraşdırılıb və 6 yeni iş yerinin yaradılması təmin edilib.
Xatırladaq ki, "Azpetrol" şirkətin ilk yanacaqdoldurma məntəqəsi - "Spartak" 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.
"Azpetrol" şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 98 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur.
Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.