Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa Şurasının baş katibinin Lavrova məktubu təbliğat kampaniyasıdır - Zaxarova

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
XİN rəsmisi bildirib ki, bu məktubun mahiyyəti barədə danışmazdan əvvəl onu diqqətlə öyrənməliyik.
BAKI, 13 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova Strasburq Məhkəməsinin qərarlarının icrasını tələb edən məktubunu təbliğat kampaniyası və meqafon diplomatiyasının nümunəsi adlandırıb.
Daha əvvəl Avropa Şurası məlumat yayıb ki, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Rusiya xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb və orada Rusiya Federasiyasını Avropa İnsan Hüquqları Məhkəməsinin hökmlərinə əməl etməyə çağırıb.
Zaxarova bildirib ki, bu məktubun mahiyyəti barədə danışmazdan əvvəl onu diqqətlə öyrənməliyik:

"Təəssüflər olsun ki, Avropa Şurası bizimlə münasibətdə "meqafon diplomatiyası" yoluna girib. Strasburq bu məktubu Rusiya rəsmilərinə göndərməklə bərabər, ictimailəşdirməyə və dərc etməyə tələsdi".

O hesab edir ki, bu, açıq şəkildə Rusiya dialoqa getmək istəyindən deyil, başqa bir təbliğat fəaliyyətini nümayiş etdirir.
"Görünür, məqsəd Avropa Şurasının Rusiyada insan haqlarına necə önəm verdiyini, ölkəmizin isə əksinə, beynəlxalq öhdəliklərini yerinə yetirməkdən "qaçdığını" göstərməkdir. Eyni zamanda, bu təşkilat rusofob çoxluğu razı salmaq üçün öz əlləri ilə qitədəki ümumi humanitar və hüquqi məkanı məhv edərək Rusiya əsas konvensiyalarda iştirakını mümkünsüz edib".
Xatırladaq ki, cari ilin martın 15-də Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropa Şurasından rəsmən çıxdığını, lakin Rusiya Konstitusiyasına zidd olmadığı təqdirdə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarına əməl etməyə davam edəcəyini açıqlamışdı. Martın 16-da isə Avropa Şurası Parlament Assambleyası Nazirlər Komitəsinə Rusiyanı üzvlükdən çıxarmağı tövsiyə edib.
Xəbər lenti
0