https://sputnik.az/20221212/serbiya-prezidenti-putine-muraciet-edib---peskov-aciqladi-449550532.html
Serbiya prezidenti Putinə müraciət edib? - Peskov açıqladı
Serbiya prezidenti Putinə müraciət edib? - Peskov açıqladı
Sputnik Azərbaycan
Pantiç şənbə günü Serbiyanın mərkəzi hissəsindən daxil olarkən Yarina keçid məntəqəsində "terrorçuluq" şübhəsi ilə saxlanılıb. 12.12.2022, Sputnik Azərbaycan
2022-12-12T16:55+0400
2022-12-12T16:55+0400
2022-12-12T16:58+0400
rusiya prezidenti vladimir putin
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/41727/87/417278737_0:158:3005:1849_1920x0_80_0_0_6e50a2c440267509707367db6d8bce60.jpg
BAKI, 12 dekabr — Sputnik. Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovoda gərginliyi azaltmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət etməyib, lakin istənilən halda Rusiya Federasiyası vəziyyətin həllində maraqlıdır. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib."Xeyr, belə müraciətlər olmayıb. Amma, bilirsiniz, hər halda, biz serblərlə qardaşlıq münasibətlərimizi yüksək qiymətləndiririk və təbii ki, bu gərginliyin tez bir zamanda səngiməsi üçün bütün qəlbimizlə inanırıq. Ən başlıcası serblərin bütün hüquqlarının təmin olunmasıdır", - deyə Peskov bildirib.Kosovo serbləri özünü elan etmiş respublikanın Daxili İşlər Nazirliyinin keçmiş polis zabiti Deyan Pantiçin Kosovo Albaniyasının hakimiyyət orqanları tərəfindən saxlanması səbəbindən bölgənin şimalında magistral yollarda barrikadalar qurublar. Vilayətin şimalında Daxili İşlər Nazirliyinin bölmələrindən olan serb polis zabitləri ilə birlikdə noyabr ayında istefa verən Pantiç şənbə günü Serbiyanın mərkəzi hissəsindən daxil olarkən Yarina keçid məntəqəsində "terrorçuluq" şübhəsi ilə saxlanılıb.Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq ölkə hakimiyyətinin müvafiq müraciəti NATO kontingenti tərəfindən təsdiq edilərsə, Serbiya Silahlı Qüvvələri Kosovo və Metoxiyaya qoşun kontingentini göndərməyə hazırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41727/87/417278737_160:0:2889:2047_1920x0_80_0_0_85159794ab1d96b38609ac8d66923824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya prezidenti vladimir putin, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
rusiya prezidenti vladimir putin, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Serbiya prezidenti Putinə müraciət edib? - Peskov açıqladı
16:55 12.12.2022 (Yenilənib: 16:58 12.12.2022) Pantiç şənbə günü Serbiyanın mərkəzi hissəsindən daxil olarkən Yarina keçid məntəqəsində "terrorçuluq" şübhəsi ilə saxlanılıb.
BAKI, 12 dekabr — Sputnik. Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovoda gərginliyi azaltmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət etməyib, lakin istənilən halda Rusiya Federasiyası vəziyyətin həllində maraqlıdır. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Xeyr, belə müraciətlər olmayıb. Amma, bilirsiniz, hər halda, biz serblərlə qardaşlıq münasibətlərimizi yüksək qiymətləndiririk və təbii ki, bu gərginliyin tez bir zamanda səngiməsi üçün bütün qəlbimizlə inanırıq. Ən başlıcası serblərin bütün hüquqlarının təmin olunmasıdır", - deyə Peskov bildirib.
Kosovo serbləri özünü elan etmiş respublikanın Daxili İşlər Nazirliyinin keçmiş polis zabiti Deyan Pantiçin Kosovo Albaniyasının hakimiyyət orqanları tərəfindən saxlanması səbəbindən bölgənin şimalında magistral yollarda barrikadalar qurublar. Vilayətin şimalında Daxili İşlər Nazirliyinin bölmələrindən olan serb polis zabitləri ilə birlikdə noyabr ayında istefa verən Pantiç şənbə günü Serbiyanın mərkəzi hissəsindən daxil olarkən Yarina keçid məntəqəsində "terrorçuluq" şübhəsi ilə saxlanılıb.
Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq ölkə hakimiyyətinin müvafiq müraciəti NATO kontingenti tərəfindən təsdiq edilərsə, Serbiya Silahlı Qüvvələri Kosovo və Metoxiyaya qoşun kontingentini göndərməyə hazırdır.