Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: "Taxıl sazişi"nə düzəlişlər lazımdır, ərzaq ən yoxsul ölkələrə getmir

© Sputnik / Виталий БелоусовRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
RF xarici işlər nazirinin müavini bildirib ki, Moskva Rusiyadan kənd təsərrüfatı məhsullarının və gübrələrin maneəsiz çıxışı ilə bağlı hələlik konkret, əhəmiyyətli nəticələr əldə etməyib.
BAKI, 12 dekabr — Sputnik. "Taxıl sazişi"nə düzəlişlər edilməlidir, Ukraynadan əsas taxıl tədarükü ən yoxsul ölkələrə getmir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
"Bu, çox vacib məsələdir. Müzakirələrimizdə bu məsələ kifayət qədər vaxt aparıb. Biz İstanbul razılaşmalarının ümumən necə həyata keçirildiyi barədə danışdıq. Bu, Ukraynadan əsas taxıl tədarükünün hələ də ən kasıb ölkələrə getmədiyini xatırlatmaq üçün bir fürsətdir. Onlar ilk növbədə kifayət qədər inkişaf etmiş və varlı ölkələrə gedirlər. Lakin dördtərəfli saziş ilk növbədə Asiya, Afrika və Latın Amerikasının ən yoxsul ölkələrinin ərzaq təhlükəsizliyinin təmin edilməsi şüarı altında əldə edilib", - deyə Verşinin bildirib.
Onun sözlərinə görə, əvvəlcə BMT baş katibi və Türkiyə prezidentinin göstərdiyi səylərin məqsədi ən yoxsul ölkələrə yardım etmək olub.
Nazir müavini həmçinin bildirib ki, Moskva Rusiya gübrələrinin pulsuz göndərilməsi məsələsində Afrika ölkələri və Afrika İttifaqı ilə əlaqə saxlayır. Rusiya tərəfi daşınma nəqliyyatını təmin etməyə hazırdır.
Eyni zamanda, Verşinin vurğulayıb ki, Qərbin Rusiyadan kənd təsərrüfatı ixracı ilə bağlı sözləri ilə real əməlləri arasında tərəfdaşların aradan qaldırmalı olduğu böyük uçurum var.
Nazir müavini qeyd edib ki, Moskva Rusiyadan kənd təsərrüfatı məhsullarının və gübrələrin maneəsiz çıxışı ilə bağlı hələ konkret, əhəmiyyətli nəticələr əldə etməyib.
Türkiyə ilə Suriya arasındakı münasibətlər məsələsinə gəlincə, Verşinin bildirib ki, Moskva beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının 2254 qətnaməsi əsasında onların normallaşmasının tərəfdarıdır.
"Məlumatlara görə, Ankara ilə Dəməşq arasında əlaqə var. Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə görüşlərin təşkili məsələlərinə gəlincə, biz ondan çıxış edirik ki, bu, iki suveren dövlətin - indiki halda Türkiyə və Suriyanın qərarıdır", - deyə Verşinin qeyd edib.
Xatırladaq ki, iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanmış "taxıl sazişi" Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Sazişin müddəti noyabrın 18-də başa çatıb, lakin tərəflərdən heç birinin etirazı olmadan avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulub. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların olmadığını" bildirərək qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracı üçün "Qara dəniz təşəbbüsü"nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki prolonqasiyasına icazə verir.
Sazişin özü paket razılaşmasının tərkib hissəsidir ki, bu da digər şeylərlə yanaşı, Rusiyanın ərzaq və gübrə ixracının açılmasını nəzərdə tutur. Moskva qeyd edib ki, məhz bu, yerinə yetirilməyib. Eyni zamanda, BMT tərəfindən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar olub.
Xəbər lenti
0