Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Komitə sədri tikinti bumu ilə bağlı xəbərdarlıq edib

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidTikinti
Tikinti - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri bildirib ki, tarixi mərkəzlərdə gedən tikintilərdə tarixilik qorunmalıdır.
BAKI, 12 dekabr — Sputnik. Bakının Baş Planı şəhərin zonalaşdırılması, müvafiq məhdudiyyətlərin tətbiq edildiyi sənəddir. Bununla yanaşı, sənəddə bir çox yeni şəhərsalma yanaşmalarında Bakıya uyğun təkliflər veriləcək.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Komitə sədri Bakıda gedən tikinti bumu ilə bağlı xəbərdarlıq edib: "Tarixi mərkəzlərdə gedən tikintilərdə tarixilik qorunmalıdır. Əsrlərlə formalaşmış tarixi şəhərsalma mühiti qorunmalıdır. Həmin ərazilərdə aparılacaq yeni işlər həmin mühitə uyğun aparılmalıdır. Bu, istər bərpa işlərində, istərsə də yeni bina tikintisində qorunmalıdır".
Xəbər lenti
0