Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-Qazaxıstan-Özbəkistan qaz ittifaqının yaradılması geosiyasi oyun deyil - Lavrov

© Sputnik / Виталий БелоусовSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 10.12.2022
Abunə olmaq
Vladimir Putin və Kasım-Jomart Tokayev noyabrın sonunda Rusiya qazının bu ölkələr vasitəsilə nəqlində hərəkətlərin əlaqələndirilməsi üçün Qazaxıstan və Özbəkistanın iştirakı ilə “üçlü qaz ittifaqı”nın yaradılmasını müzakirə ediblər.
BAKI, 10 dekabr - Sputnik. Rusiya, Qazaxıstan və Özbəkistanın “qaz ittifaqı” yaratmaq ideyasında heç bir geosiyasi oyun yoxdur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın "Xəbər 24" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Rusiya, Qazaxıstan və Özbəkistan arasında “üçtərəfli” qaz layihəsinin formalaşdırılması təşəbbüsü müzakirə olunur.
"Xüsusilə Qərbdəki analitiklər dərhal bunun bir növ siyasi və ya geosiyasi “oyun” olduğunu deməyə başladılar. Burada heç bir "oyun" yoxdur", deyə Lavrov bildirib.
“Rusiya, Qazaxıstan və Özbəkistan ümumi qaz nəqli sisteminə malik qonşulardır. Mövsümi istehlakın pik həddi nəzərə alınmaqla, qaz təchizatının kəsilməməsində maraqlıyıq. Ötən gün bir xəbər oxudum ki, Özbəkistanda qəfildən kəskin elektrik enerjisi qıtlığı yaranıb. Heç bir siyasiləşdirmə və ideologiya olmadan öz üstünlüklərimizdən istifadə edərək vətəndaşlarımızın mənafeyinə uyğun praktiki məsələləri həll etməliyik”, - deyə o əlavə edib.
Xatırladaq ki, Rusiya və Qazaxıstan prezidentləri Vladimir PutinKasım-Jomart Tokayev noyabrın sonunda Kremldə keçirilən görüşdə Rusiya qazının bu ölkələrin ərazisi ilə nəqlində hərəkətlərin əlaqələndirilməsi üçün Qazaxıstan və Özbəkistanın iştirakı ilə “üçlü qaz ittifaqı”nın yaradılmasını müzakirə ediblər.
© Sputnik / Kazakh Presidential press office / Mediabanka keçidAsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı, arxiv şəkli
VI Саммит Совещания по взаимодействию и мерам доверия в Азии, Астана - Sputnik Azərbaycan, 1920, 10.12.2022
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı, arxiv şəkli
Çərşənbə günü Özbəkistanın baş nazirinin müavini və energetika naziri Jurabek Mirzamaxmudov mediaya videomüraciətində bildirib ki, Özbəkistan qonşu ölkələrdən qaz və elektrik enerjisini hansısa ittifaq və ya ittifaq vasitəsilə deyil, kommersiya müqavilələri əsasında idxal etmək niyyətindədir.
"İlk mərhələdə "üçlü ittifaq" ideyası, ola bilsin, hansısa hüquqi şəxslə koordinasiya mexanizminin yaradılması imkanını nəzərdə tutur, lakin bu kimi məsələlər hələ də müzakirə edilməlidir", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, RF, Qazaxıstan və Özbəkistan qaz sektorunda, o cümlədən qazın tədarükü və emalı sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir.
Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko isə bildirib ki, Rusiya, Qazaxıstan və Özbəkistanın “qaz ittifaqı”nın yaradılması layihəsi dövlət səviyyəsində qərar qəbul edilməzdən əvvəl mütəxəssislər tərəfindən öyrənilməli, o cümlədən sanksiya riskləri qiymətləndirilməlidir.
Xəbər lenti
0