Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə yardım etməyə hazırdır - XİN

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidПрезидент РФ Владимир Путин, президент Азербайджана Ильхам Алиев (слева) и премьер-министр Армении Никол Пашинян (справа) во время совместного заявления по итогам трехсторонних переговоров в Сочи
Президент РФ Владимир Путин, президент Азербайджана Ильхам Алиев (слева) и премьер-министр Армении Никол Пашинян (справа) во время совместного заявления  по итогам трехсторонних переговоров в Сочи - Sputnik Azərbaycan, 1920, 10.12.2022
Abunə olmaq
Rusiya xarici siyasət idarəsində hesab edirlər ki, danışıqların təfərrüatlarının açıqlanması və ya tərəflərin mövqelərinin mətbuatda müzakirəsi həmişə faydalı olmur.
BAKI, 10 dekabr - Sputnik. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür kömək göstərməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasında, o cümlədən Rusiyada müvafiq yüksək səviyyəli üçtərəfli görüşlərin təşkili yolu ilə bundan sonra da hər cür yardım göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı məqbul və uzunmüddətli həll yollarının axtarışını tələb edir”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, danışıqların təfərrüatlarının açıqlanması və ya tərəflərin mövqelərinin mətbuatda müzakirəsi heç də həmişə faydalı olmur.
“Biz həmçinin iki ölkənin ictimaiyyəti və ekspert icmaları arasında müntəzəm təmaslar hazırlayırıq. Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına töhfə vermək üçün nəzərdə tutulub”, - deyə Qonçar əlavə edib.
Onun sözlərinə görə, Soçidə keçirilən sammitdə təşəbbüsü dəstəklənən üçtərəfli parlamentlərarası dialoq da bu prosesə öz töhfəsini verə bilər.
“Müvafiq görüşlərin vaxtı yaxın vaxtlarda açıqlanacaq”, - deyə Qonçar fikrini tamamlayıb.
Xəbər lenti
0