https://sputnik.az/20221210/nformasiya-mekani-dovletler-arasinda-toqqusma-meydanina-cevrilmemelidir---rusiya-xn-449488067.html
İnformasiya məkanı dövlətlər arasında toqquşma meydanına çevrilməməlidir - Rusiya XİN
İnformasiya məkanı dövlətlər arasında toqquşma meydanına çevrilməməlidir - Rusiya XİN
Sputnik Azərbaycan
Diplomat bildirib ki, BMT-nin Açıq İşçi Qrupu beynəlxalq informasiya təhlükəsizliyi üzrə universal, bütün müqavilələr üçün məcburi olan şərtləri təmin edə... 10.12.2022, Sputnik Azərbaycan
2022-12-10T10:45+0400
2022-12-10T10:45+0400
2022-12-10T10:45+0400
rusiya
informasiya təhlükəsizliyi
təklif
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441057325_0:0:3209:1805_1920x0_80_0_0_cc6577093d72735a7c37e8441aa0fc1b.jpg
BAKI, 10 dekabr - Sputnik. Rusiya tərəfi yaxın gələcəkdə beynəlxalq informasiya təhlükəsizliyi (BİT) sahəsində universal və hamı üçün məcburi olan sazişlər üzrə işlərinin nəticələrini təqdim edəcək. Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində deyib.BMT Baş Assambleyasının dekabrın əvvəlində qəbul etdiyi beynəlxalq informasiya təhlükəsizliyinə dair qətnaməni şərh edən diplomat deyib ki, burada əsas məsələ “2021-2025-ci illər üçün informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadədə təhlükəsizlik məsələləri üzrə BMT-nin Açıq İşçi Qrupunun fəaliyyətinə dəstək”dir.“Bu danışıqlar mexanizmi - qeyd olunan məsələdə yeganə bu cür mexanizmdir. Onun əsas vəzifəsi informasiya məkanının dövlətlər arasında toqquşma meydanına çevrilməsinin qarşısını almaqdır”, - deyə Sıromolotov bildirib.Rusiya xarici işlər nazirinin müavininin sözlərinə görə, qrup “beynəlxalq informasiya təhlükəsizliyi üzrə universal, bütün müqavilələr üçün məcburi olan şərtləri təmin etmək iqtidarındadır”."Rusiyanın bu sahədə gördüyü müvafiq işlər var. Biz onları yaxın gələcəkdə beynəlxalq ictimaiyyətin müzakirəsinə təqdim etmək niyyətindəyik", - deyə Sıromolotov əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441057325_478:0:3209:2048_1920x0_80_0_0_25ec1266e6c59b6d2b84e312538e6e3e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
informasiya təhlükəsizliyi, təklif, bmt
informasiya təhlükəsizliyi, təklif, bmt
İnformasiya məkanı dövlətlər arasında toqquşma meydanına çevrilməməlidir - Rusiya XİN
Diplomat bildirib ki, BMT-nin Açıq İşçi Qrupu beynəlxalq informasiya təhlükəsizliyi üzrə universal, bütün müqavilələr üçün məcburi olan şərtləri təmin edə bilər.
BAKI, 10 dekabr - Sputnik. Rusiya tərəfi yaxın gələcəkdə beynəlxalq informasiya təhlükəsizliyi (BİT) sahəsində universal və hamı üçün məcburi olan sazişlər üzrə işlərinin nəticələrini təqdim edəcək. Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində deyib.
BMT Baş Assambleyasının dekabrın əvvəlində qəbul etdiyi beynəlxalq informasiya təhlükəsizliyinə dair qətnaməni şərh edən diplomat deyib ki, burada əsas məsələ “2021-2025-ci illər üçün informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadədə təhlükəsizlik məsələləri üzrə BMT-nin Açıq İşçi Qrupunun fəaliyyətinə dəstək”dir.
“Bu danışıqlar mexanizmi - qeyd olunan məsələdə yeganə bu cür mexanizmdir. Onun əsas vəzifəsi informasiya məkanının dövlətlər arasında toqquşma meydanına çevrilməsinin qarşısını almaqdır”, - deyə Sıromolotov bildirib.
Rusiya xarici işlər nazirinin müavininin sözlərinə görə, qrup “beynəlxalq informasiya təhlükəsizliyi üzrə universal, bütün müqavilələr üçün məcburi olan şərtləri təmin etmək iqtidarındadır”.
"Rusiyanın bu sahədə gördüyü müvafiq işlər var. Biz onları yaxın gələcəkdə beynəlxalq ictimaiyyətin müzakirəsinə təqdim etmək niyyətindəyik", - deyə Sıromolotov əlavə edib.