"3+3" formatında görüşə Gürcüstan da dəvət oluna bilər - Rusiya Xarici İşlər Nazirliyi
© AFP 2024 / ALEXANDER NEMENOVRusiya XİN
© AFP 2024 / ALEXANDER NEMENOV
Abunə olmaq
Rusiya xarici siyasət idarəsi bu ölkənin regionun tranzit potensialının açılmasına xüsusi əhəmiyyət verdiyini və nəqliyyat marşrutlarının bərpasının bunu asanlaşdırılacağını vurğulayıb.
BAKI, 10 dekabr - Sputnik. “3+3” formatında regional əməkdaşlıq platformasının ikinci iclası (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) yaxın aylarda baş tuta bilər. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar məlumat verib.
“Hazırda 3+3 formatında ikinci görüşün keçirilməsinin təşkilati üsulları üzərində iş aparılır. Yaxın aylarda bunun baş tutacağını gözləyirik. Bütün iştirakçıların əhval-ruhiyyəsinə əsasən, Gürcüstana da dəvət göndərilə bilər”, - deyə diplomat bildirib.
© Photo : AZERTAGZəngəzur dəhlizinin tikintisi
Zəngəzur dəhlizinin tikintisi
© Photo : AZERTAG
Onun sözlərinə görə, Rusiya Federasiyası iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3” məsləhətçi regional platformasına olan tələbata əmindir.
“Xatırladıram ki, 2021-ci ilin dekabrında Moskvada keçirilən təsis yığıncağı zamanı ümumi maraq doğuran mövzular - ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, habelə ümumi çağırışlarla mübarizə və təhdidlər üzərində diqqəti cəmləmək qərar alınıb", - deyə Qonçar əlavə edib.
Diplomat onu da vurğulayıb ki, Rusiya regionun tranzit potensialının açılmasına xüsusi önəm verir və buna nəqliyyat marşrutlarının bərpası kömək edəcək.
“Təkcə nəqliyyat sahəsində deyil, həm də energetika sahəsində infrastrukturun modernləşdirilməsində birgə layihə fəaliyyətlərinin perspektivləri böyük maraq doğurur. Bu cür əməkdaşlıq hərtərəfli regional əlaqələrin qurulması yolu ilə regionda etimadın yaradılmasına kömək edəcək və Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında normallaşma proseslərinin dəstəklənməsinin sütunlarından birinə çevriləcək”, - deyə Qonçar izah edib.
Xatırladaq ki, Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı və Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması təşəbbüsü bir müddət əvvəl Azərbaycan və Türkiyə liderləri - İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan tərəfindən irəli sürülüb.