https://sputnik.az/20221209/qerb-istenilen-yolla-dunyada-hokmranligini-saxlamaq-isteyir---putin-449468496.html
Qərb istənilən yolla dünyada hökmranlığını saxlamaq istəyir - Putin
Qərb istənilən yolla dünyada hökmranlığını saxlamaq istəyir - Putin
Sputnik Azərbaycan
Rusiya lideri bildirib ki, təhdidlərin xarakteri və miqyası müdafiə idarələri arasında əməkdaşlığa artan tələblər qoyur. 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T16:00+0400
2022-12-09T16:00+0400
2022-12-09T16:00+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
moskva
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449455371_0:179:3005:1869_1920x0_80_0_0_4a25acb6bc12519d65f31e69986fbf45.jpg
BAKI, 9 dekabr — Sputnik. Hazırda planetdə yeni təhdidlər yaranır və çoxqütblü dünyanın inkişafında dəyişikliklər baş verir. Bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə idarələri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.O vurğulayıb ki, Qərb istənilən vasitə ilə hökmranlığını saxlamaq istəyir, güclənir, sanksiyalara əl atır, rəngli inqilablar edir, NATO aqressiv şəkildə genişlənir.Rusiya lideri hazırkı görüşün vaxtında və çox əhəmiyyətli olduğunu bildirib. O vurğulayıb ki, ŞƏT və MDB çərçivəsində birgə iş qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında ilk növbədə xarici təhdidlərdən qorunma və qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin geniş spektrini uğurla həll etməyə və regional sabitliyə imkan verir."Bu gün bu xüsusilə vacibdir: yeni kəskin çağırışlar yaranır, güclü geosiyasi dəyişikliklər baş verir. Gözümüzün qabağında həqiqətən çoxqütblü dünya nizamının konturları yaranır: Asiya, Afrika, Latın Amerikasında yeni inkişaf mərkəzləri formalaşır. Onlar getdikcə daha çox öz milli maraqlarını, suverenliyini, öz inkişaf yolu hüququnu müdafiə edirlər. Tarixin bu obyektiv proseslərinə müqavimət göstərmək sadəcə mümkün deyil", - deyə Putin bildirib.Onun sözlərinə görə, təhdidlərin xarakteri və miqyası müdafiə idarələri arasında əməkdaşlığa artan tələblər qoyur.Rusiya lideri beynəlxalq hüquqa və bir-birinin maraqlarına hörmətə əsaslanan, mövcud çağırışlara adekvat olan daha çevik və dayanıqlı təhlükəsizlik və əməkdaşlıq sisteminin formalaşdırılması üçün birgə işləməyin zəruriliyini qeyd edib.Bununla əlaqədar, Rusiya dövlətinin başçısı ŞƏT və MDB çərçivəsində müdafiə siyasəti sahəsində daimi məlumat mübadiləsinin inkişafının davam etdirilməsini zəruri hesab etdiyini bildirib."Biz ŞƏT və MDB çərçivəsində müdafiə siyasəti sahəsində daimi məlumat mübadiləsinin inkişafının davam etdirilməsini, milli silahlı qüvvələrin qurulması sahəsində təcrübə mübadiləsinin aparılmasını, hərbi-texniki əməkdaşlığın artırılmasını zəruri hesab edirik", - deyə Putin qeyd edib.Qeyd edək ki, Moskvada ŞƏT və MDB ölkələrinin müdafiə idarələri rəhbərlərinin görüşü keçirilir.Gündəliyə uyğun olaraq, tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparmaq, müdafiə sahəsində əməkdaşlığı daha da gücləndirmək, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmək niyyətindədirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449455371_137:0:2868:2048_1920x0_80_0_0_6326e08b63bee5eff9b263ef3c6720b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, moskva
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, moskva
Qərb istənilən yolla dünyada hökmranlığını saxlamaq istəyir - Putin
Rusiya lideri bildirib ki, təhdidlərin xarakteri və miqyası müdafiə idarələri arasında əməkdaşlığa artan tələblər qoyur.
BAKI, 9 dekabr — Sputnik. Hazırda planetdə yeni təhdidlər yaranır və çoxqütblü dünyanın inkişafında dəyişikliklər baş verir. Bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə idarələri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.
O vurğulayıb ki, Qərb istənilən vasitə ilə hökmranlığını saxlamaq istəyir, güclənir, sanksiyalara əl atır, rəngli inqilablar edir, NATO aqressiv şəkildə genişlənir.
Rusiya lideri hazırkı görüşün vaxtında və çox əhəmiyyətli olduğunu bildirib. O vurğulayıb ki, ŞƏT və MDB çərçivəsində birgə iş qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında ilk növbədə xarici təhdidlərdən qorunma və qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin geniş spektrini uğurla həll etməyə və regional sabitliyə imkan verir.
"Bu gün bu xüsusilə vacibdir: yeni kəskin çağırışlar yaranır, güclü geosiyasi dəyişikliklər baş verir. Gözümüzün qabağında həqiqətən çoxqütblü dünya nizamının konturları yaranır: Asiya, Afrika, Latın Amerikasında yeni inkişaf mərkəzləri formalaşır. Onlar getdikcə daha çox öz milli maraqlarını, suverenliyini, öz inkişaf yolu hüququnu müdafiə edirlər. Tarixin bu obyektiv proseslərinə müqavimət göstərmək sadəcə mümkün deyil", - deyə Putin bildirib.
Onun sözlərinə görə, təhdidlərin xarakteri və miqyası müdafiə idarələri arasında əməkdaşlığa artan tələblər qoyur.
Rusiya lideri beynəlxalq hüquqa və bir-birinin maraqlarına hörmətə əsaslanan, mövcud çağırışlara adekvat olan daha çevik və dayanıqlı təhlükəsizlik və əməkdaşlıq sisteminin formalaşdırılması üçün birgə işləməyin zəruriliyini qeyd edib.
Bununla əlaqədar, Rusiya dövlətinin başçısı ŞƏT və MDB çərçivəsində müdafiə siyasəti sahəsində daimi məlumat mübadiləsinin inkişafının davam etdirilməsini zəruri hesab etdiyini bildirib.
"Biz ŞƏT və MDB çərçivəsində müdafiə siyasəti sahəsində daimi məlumat mübadiləsinin inkişafının davam etdirilməsini, milli silahlı qüvvələrin qurulması sahəsində təcrübə mübadiləsinin aparılmasını, hərbi-texniki əməkdaşlığın artırılmasını zəruri hesab edirik", - deyə Putin qeyd edib.
Qeyd edək ki, Moskvada ŞƏT və MDB ölkələrinin müdafiə idarələri rəhbərlərinin görüşü keçirilir.
Gündəliyə uyğun olaraq, tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparmaq, müdafiə sahəsində əməkdaşlığı daha da gücləndirmək, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmək niyyətindədirlər.