Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib - Putin

© Sputnik / Алексей МайшевПрезидент РФ Владимир Путин
Президент РФ Владимир Путин - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Rusiya Prezidenti bildirib ki, bir neçə il ərzində Qərb həyasızcasına Ukrayna resurslarını mənimsədi və istismar etdi, Donbasda soyqırımı və terroru təşviq etdi, bu ölkəni faktiki olaraq müstəmləkəyə çevirdi.
BAKI, 9 dekabr — Sputnik. Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib, Ukrayna xalqından Rusiyaya qarşı yem kimi, taran kimi istifadə ediblər.
Bunu Rusiya Prezidenti Vladimir Putin ŞƏT və MDB-yə üzv ölkələrin müdafiə idarələri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində deyib.
"Bir neçə il ərzində Qərb həyasızcasına Ukrayna resurslarını mənimsədi və istismar etdi, Donbasda soyqırımı və terroru təşviq etdi, bu ölkəni faktiki olaraq müstəmləkəyə çevirdi və indi Ukrayna xalqından kinli şəkildə qırğına vermək üçün istifadə edir. Rusiyaya qarşı muzdlular göndərməklə Ukraynanı silah və sursatla təmin etməyə davam etmək onu intihar yoluna sövq edir", - Rusiya lideri bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0