Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qazaxıstan bankları ABŞ-dan "Mir" kartları ilə əməliyyatlar üçün icazə alıb

© Sputnik / Игорь ЕгоровMir kartları
Mir kartları - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Qazaxıstanda "Mir" sisteminin ödəniş kartlarından istifadə imkanlarına aydınlıq gətirmək üçün Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyində Qazaxıstan banklarının nümayəndələri ilə görüş keçirilib.
BAKI, 9 dekabr — Sputnik. Qazaxıstan bankları ABŞ Maliyyə Nazirliyinin (OFAC) bir bölməsi olan Xarici Aktivlərə Nəzarət İdarəsindən "Mir" ödəniş sisteminin kartları ilə əməliyyatlar həyata keçirmək üçün icazə alıblar. Bu barədə Qazaxıstan Maliyyə Bazarı məlumat yayıb.
"Tənzimləyicilər ABŞ Maliyyə Nazirliyinin (OFAC) bir bölməsi olan Xarici Aktivlərə Nəzarət İdarəsindən məktub alıblar və orada ABŞ agentliyinin bank kartlarının istifadəsinə etiraz etmədiyi bildirilib. "Mir" sistemi fiziki şəxslər, daha doğrusu, öz ehtiyaclarını təmin edən əməliyyatlar aparmaq üçün Rusiyadan Qazaxıstana miqrasiya etmiş vətəndaşlar tərəfindən istifadə edilir", - məlumatda deyilir.
Məktubda qeyd edilir ki, bu ödəniş sistemi ilə aparılan əməliyyatlar onun anti-Rusiya sanksiyalarından yan keçmək üçün istifadəsinin qarşısını almaq üçün xüsusi nəzarət altında qalacaq.
Qazaxıstanda "Mir" sisteminin ödəniş kartlarından istifadə imkanlarına aydınlıq gətirmək üçün Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyində Qazaxıstan banklarının nümayəndələri ilə görüş keçirilib.
"Beləliklə, Qazaxıstan bankları "Mir" kartlarından istifadə etməklə ödənişləri, köçürmələri qəbul etmək, həmçinin fiziki şəxslər üçün bankomatlar vasitəsilə nağd pul vermək hüququna malikdir", - deyə qurumdan bildirilib.
Eyni zamanda, "Mir" sisteminə qoşulma qərarı Qazaxıstan bankları tərəfindən müstəqil olaraq öz inkişaf strategiyaları və daxili risklərin qiymətləndirilməsi sistemləri əsasında qəbul edilir.
Xəbər lenti
0