Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Qreynerin Butla dəyişdirilməsindən danışdı

© Sputnik / Сергей БобылевRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, Viktor But amerikalı Britni Qrinerlə dəyişdirilməsi ilə bağlı danışıqlar aparıb və nəticə əldə edib, digər mübadilələrdə əlaqələr davam edir.
BAKI, 9 dekabr — Sputnik. FTX rusiyalı Viktor But amerikalı Britni Qrinerlə dəyişdirilməsi ilə bağlı danışıqlar aparıb və nəticə əldə edib, digər mübadilələrdə əlaqələr davam edir. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
But ABŞ vətəndaşlarını öldürməkdə və terrora maddi dəstək verməkdə ittiham olunaraq ABŞ-da 25 il həbs cəzasına məhkum edilmişdi. Cümə axşamı o, amerikalı basketbolçu Britni Qrinerlə dəyişdirilib. Onların mübadiləsi Biləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi hava limanında reallaşıb.
"Mübadilələrə gəlincə, bu halda FTX bu mövzulara cavabdeh idi. FTX əvvəldən razılaşdı, danışıqlar apardı və indi sizin indi öyrəndiyiniz nəticələrə nail oldu. Əlaqələr davam edir, heç vaxt xüsusi xidmət orqanları arasında dayanmayıb", - Putin jurnalistlərə bildirib.
Onun sözlərinə görə, başqa mübadilələr də mümkündür.
"Hər şey mümkündür. Bu, danışıqların və kompromis axtarışının nəticəsidir, bu halda kompromislər tapılıb. Biz bu işi gələcəkdə davam etdirməkdən imtina etmirik", - Putin bildirib.
Xəbər lenti
0