https://sputnik.az/20221209/putin-ermenistanla-hemise-muzakire-edilmeli-olan-meseleler-var-449475684.html
Putin: Ermənistanla həmişə müzakirə edilməli olan məsələlər var
Putin: Ermənistanla həmişə müzakirə edilməli olan məsələlər var
Sputnik Azərbaycan
Rusiya Federasiyası prezidentinin sözlərinə görə, Ermənistanın ticarət dövriyyəsinin 30%-dən çoxu Rusiyanın payına düşür. 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T18:21+0400
2022-12-09T18:21+0400
2022-12-09T18:53+0400
rusiya
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
baş nazir nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449473762_0:192:2960:1857_1920x0_80_0_0_dfbcca061e5116574be5ae239c642f3d.jpg
BAKI, 9 dekabr — Sputnik. Rusiya Ermənistanın aparıcı ticarət-iqtisadi tərəfdaşı olaraq qalır. Bunu Rusiya prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.Rusiya Federasiyası prezidentinin sözlərinə görə, Ermənistanın ticarət dövriyyəsinin 30%-dən çoxu Rusiyanın payına düşür. Rusiya həm də Ermənistan iqtisadiyyatının aparıcı investorlarından biridir. Bu, investisiyaların təxminən 40%-ni təşkil edir.Putin həmçinin bildirib ki, bu ilin 10 ayında ticarət dövriyyəsinin artımı 67% təşkil edib. Rusiya dövlətinin başçısı bunu ciddi və müsbət göstərici adlandırıb. Onun sözlərinə görə, bununla belə, həmişə müzakirə edilməli olan məsələlər var və görüşmək fürsətinə görə şaddır.Qeyd edək ki, yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 3,8 milyard dollar, ötən ilin eyni dövründə isə 2,34 milyard dollar təşkil edib.Bundan əvvəl Qırğızıstanın paytaxtında Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib.Xatırladaq ki, sonuncu dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçirilən sammiti çərçivəsində V.Putinlə N.Paşinyan arasında görüş olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449473762_115:0:2846:2048_1920x0_80_0_0_f080d2e1fbd25073d48e75a4d06f983c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, baş nazir nikol paşinyan
rusiya, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, baş nazir nikol paşinyan
Putin: Ermənistanla həmişə müzakirə edilməli olan məsələlər var
18:21 09.12.2022 (Yenilənib: 18:53 09.12.2022) Rusiya Federasiyası prezidentinin sözlərinə görə, Ermənistanın ticarət dövriyyəsinin 30%-dən çoxu Rusiyanın payına düşür.
BAKI, 9 dekabr — Sputnik. Rusiya Ermənistanın aparıcı ticarət-iqtisadi tərəfdaşı olaraq qalır. Bunu Rusiya prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Rusiya Federasiyası prezidentinin sözlərinə görə, Ermənistanın ticarət dövriyyəsinin 30%-dən çoxu Rusiyanın payına düşür. Rusiya həm də Ermənistan iqtisadiyyatının aparıcı investorlarından biridir. Bu, investisiyaların təxminən 40%-ni təşkil edir.
Putin həmçinin bildirib ki, bu ilin 10 ayında ticarət dövriyyəsinin artımı 67% təşkil edib. Rusiya dövlətinin başçısı bunu ciddi və müsbət göstərici adlandırıb. Onun sözlərinə görə, bununla belə, həmişə müzakirə edilməli olan məsələlər var və görüşmək fürsətinə görə şaddır.
Qeyd edək ki, yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 3,8 milyard dollar, ötən ilin eyni dövründə isə 2,34 milyard dollar təşkil edib.
Bundan əvvəl Qırğızıstanın paytaxtında Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib.
Xatırladaq ki, sonuncu dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçirilən sammiti çərçivəsində V.Putinlə N.Paşinyan arasında görüş olub.