https://sputnik.az/20221208/rusiya-abs-sanksiyalarina-gore-oz-kursundan-donmeyecek-449428996.html
Rusiya ABŞ sanksiyalarına görə öz kursundan dönməyəcək
Rusiya ABŞ sanksiyalarına görə öz kursundan dönməyəcək
Sputnik Azərbaycan
ABŞ Ticarət Nazirliyi on Rusiya təşkilatına qarşı ixrac məhdudiyyətlərini tətbiq edib. 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T21:37+0400
2022-12-08T21:37+0400
2022-12-08T21:37+0400
rusiya
abş
vaşinqton
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427226504_0:96:3071:1823_1920x0_80_0_0_56b17a4652eaf3b4e49be93c3e89cc17.jpg
BAKI, 8 dekabr — Sputnik. Moskva ABŞ-ın anti-Rusiya sanksiyalarına görə öz kursunu dəyişməyəcək. Rusiyanın ixracına yeni məhdudiyyətlər isə xarici tərəfdaşlara zərər verə bilər.Müvafiq bəyanat Rusiyanın Vaşinqtondakı səfirliyinin "Telegram" kanalında dərc olunub.ABŞ Ticarət Nazirliyi bundan əvvəl altı ölkədən 24 şirkətə, o cümlədən, on Rusiya təşkilatına qarşı ixrac məhdudiyyətlərini tətbiq edib.Rusiya nümayəndəliyində qeyd edildiyi kimi, bu qərar Amerika hakimiyyətinin "sanksiya qaşınmasını yatırtmaq" cəhdidir. Maraqlıdır ki, bir sıra firmalar üçün məhdudiyyətlər ilk dəfə deyil."Yerli hakimiyyətin bu cür addımları yalnız Amerikanın qeyri-qanuni tədbirlərinin səmərəsizliyini təsdiqləyir. Onlar Rusiyaya təzyiq vasitələrinin bitdiyini göstərirlər", - Mesajda belə deyilir.Səfirlik, həmçinin, əmin edib ki, bu cür hərəkətlər Rusiya Federasiyasını xarici siyasətdəki suveren kursundan əl çəkməyə məcbur edə bilməz.Bu arada, dekabrın 7-də Avropa Komissiyası Rusiya tərəfinə qarşı doqquzuncu sanksiya paketini təqdim edib. Məhdudiyyətlər 200-ə yaxın fiziki şəxsə və üç banka aiddir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427226504_232:0:2963:2048_1920x0_80_0_0_288f67feb60813a0cb35b43b9f1f6e73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, vaşinqton
Rusiya ABŞ sanksiyalarına görə öz kursundan dönməyəcək
ABŞ Ticarət Nazirliyi on Rusiya təşkilatına qarşı ixrac məhdudiyyətlərini tətbiq edib.
BAKI, 8 dekabr — Sputnik. Moskva ABŞ-ın anti-Rusiya sanksiyalarına görə öz kursunu dəyişməyəcək. Rusiyanın ixracına yeni məhdudiyyətlər isə xarici tərəfdaşlara zərər verə bilər.
Müvafiq bəyanat Rusiyanın Vaşinqtondakı səfirliyinin "Telegram" kanalında dərc olunub.
ABŞ Ticarət Nazirliyi bundan əvvəl altı ölkədən 24 şirkətə, o cümlədən, on Rusiya təşkilatına qarşı ixrac məhdudiyyətlərini tətbiq edib.
Rusiya nümayəndəliyində qeyd edildiyi kimi, bu qərar Amerika hakimiyyətinin "sanksiya qaşınmasını yatırtmaq" cəhdidir. Maraqlıdır ki, bir sıra firmalar üçün məhdudiyyətlər ilk dəfə deyil.
"Yerli hakimiyyətin bu cür addımları yalnız Amerikanın qeyri-qanuni tədbirlərinin səmərəsizliyini təsdiqləyir. Onlar Rusiyaya təzyiq vasitələrinin bitdiyini göstərirlər", - Mesajda belə deyilir.
Səfirlik, həmçinin, əmin edib ki, bu cür hərəkətlər Rusiya Federasiyasını xarici siyasətdəki suveren kursundan əl çəkməyə məcbur edə bilməz.
Bu arada, dekabrın 7-də Avropa Komissiyası Rusiya tərəfinə qarşı doqquzuncu sanksiya paketini təqdim edib. Məhdudiyyətlər 200-ə yaxın fiziki şəxsə və üç banka aiddir.