https://sputnik.az/20221208/putin-biskekde-rusiyanin-a-de-sedrliyinin-prioritetlerini-aciqlayacaq---usakov-449425426.html
Putin Bişkekdə Rusiyanın Aİİ-də sədrliyinin prioritetlərini açıqlayacaq - Uşakov
Putin Bişkekdə Rusiyanın Aİİ-də sədrliyinin prioritetlərini açıqlayacaq - Uşakov
Sputnik Azərbaycan
Prezident geniş tərkibdə iclasdakı çıxışında inteqrasiyanın hazırkı mərhələsini qiymətləndirəcək, Aİİ-nin gələcək inkişafı üçün təxirəsalınmaz vəzifələri... 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T18:19+0400
2022-12-08T18:19+0400
2022-12-08T18:19+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
yuri uşakov
aii
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447432617_0:200:2929:1848_1920x0_80_0_0_639330a17e01489b650f8d570c6a6e35.jpg
BAKI, 8 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində Rusiyanın təşkilata sədrliyi dövründə əsas prioritetləri müəyyən edəcək. Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.Cümə günü Bişkekdə Aİİ sammiti keçiriləcək, orada Rusiya Prezidenti Vladimir Putin iştirak edəcək. 2023-cü il yanvarın 1-dən Aİİ-yə sədrlik Rusiyaya keçəcək."Geniş tərkibdə iclasdakı çıxışında prezident inteqrasiyanın hazırkı mərhələsini qiymətləndirəcək, Aİİ-nin gələcək inkişafı üçün təxirəsalınmaz vəzifələri müəyyənləşdirəcək və 2023-cü il üçün Rusiya sədrliyinin əsas prioritetlərini açıqlayacaq", - Uşakov brifinqdə bildirib.Onun sözlərinə görə, Rusiya Federasiyasının əsas prioritetləri Aİİ-nin inkişafı üçün strateji təlimatların yenilənməsi, texnoloji suverenliyin gücləndirilməsi, müxtəlif sənaye sahələrində informasiya texnologiyalarının tətbiqi və investisiya əməkdaşlığının qurulması olacaq."Biz həmçinin elm, təhsil və gənclər mübadiləsini aktivləşdirməyi təklif edəcəyik. Aİİ ilə digər ölkələr və inteqrasiya birlikləri arasında sıx qarşılıqlı əlaqələrin qurulmasına xüsusi diqqət yetiriləcək", - deyə Uşakov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447432617_99:0:2830:2048_1920x0_80_0_0_bbb752b43ba4d4ce808f58c8826f844a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, yuri uşakov, aii
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, yuri uşakov, aii
Putin Bişkekdə Rusiyanın Aİİ-də sədrliyinin prioritetlərini açıqlayacaq - Uşakov
Prezident geniş tərkibdə iclasdakı çıxışında inteqrasiyanın hazırkı mərhələsini qiymətləndirəcək, Aİİ-nin gələcək inkişafı üçün təxirəsalınmaz vəzifələri müəyyənləşdirəcək.
BAKI, 8 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində Rusiyanın təşkilata sədrliyi dövründə əsas prioritetləri müəyyən edəcək. Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Cümə günü Bişkekdə Aİİ sammiti keçiriləcək, orada Rusiya Prezidenti Vladimir Putin iştirak edəcək. 2023-cü il yanvarın 1-dən Aİİ-yə sədrlik Rusiyaya keçəcək.
"Geniş tərkibdə iclasdakı çıxışında prezident inteqrasiyanın hazırkı mərhələsini qiymətləndirəcək, Aİİ-nin gələcək inkişafı üçün təxirəsalınmaz vəzifələri müəyyənləşdirəcək və 2023-cü il üçün Rusiya sədrliyinin əsas prioritetlərini açıqlayacaq", - Uşakov brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının əsas prioritetləri Aİİ-nin inkişafı üçün strateji təlimatların yenilənməsi, texnoloji suverenliyin gücləndirilməsi, müxtəlif sənaye sahələrində informasiya texnologiyalarının tətbiqi və investisiya əməkdaşlığının qurulması olacaq.
"Biz həmçinin elm, təhsil və gənclər mübadiləsini aktivləşdirməyi təklif edəcəyik. Aİİ ilə digər ölkələr və inteqrasiya birlikləri arasında sıx qarşılıqlı əlaqələrin qurulmasına xüsusi diqqət yetiriləcək", - deyə Uşakov bildirib.